Abşeron Rayon İcra Hakimiyyəti xəritədə

Abşeron Rayon İcra Hakimiyyəti

Abşeron rayonu, Xırdalan, M.Ə. Rəsulzadə küçəsi AZ0100 *** 0 səs

Abşeron Rayon İcra Hakimiyyəti haqqında

Abşeron rayonu 04 yanvar 1963-cü ildə təşkil edilmişdir. Abşeron yarımadasında yerləşən rayon Abşeron iqtisadi zonasına daхildir.Rayonun ərazisi 1966,1 kvadrat kilometrdir.01 yanvar 2015-ci il tariхə statistika idarəsinin rəsmi məlumatına əsasən rayon əhalisinin sayı 206,4 min nəfər, RİH-nin apardığı rəsmi araşdırmaya əsasən isə 300 min nəfərdən yuxarıdır.Məşğul əhalinin əsas hissəsi heyvandarlıqla, rayonda, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən istehsal müəssisələrində digər istehsal, ticarət, ictimai iaşə, хidmət sahələrində çalışır və fərdi əməklə məşğul olurlar.

Abşeron rayonunun tarixi

Abşeron rayonunun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir.Rayon ərazisində 64 idarə və müəssisə, 12 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanхana və otel fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisələr olan «Azbentonit» MMC (589 nəfər) «Bakı Gastel» MMC (256 nəfər) «Mətanət-A» MMC (175 nəfər) işçisi vardır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.

Xırdalan şəhəri əhalisinin sayına görə rayonun ən böyük yaşayış məntəqəsi olmaqla həm də rayonun inzibati mərkəzidir. Xırdalan 2006-cı ilin oktyabr ayınadək qəsəbə adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin oktyabr ayından Xırdalana şəhər statusu verilmişdir. Ərazisi 1696 hektar olmaqla, əhalisi 103882 nəfərdir.Abşeron rayonu Xəzər dənizinin qərb sahilində yerləşir. Abşeron rayonu Qobustan rayonu, Sumqayıt şəhəri, Bakı şəhərinin Sabunçu, Qaradağ və Binəqədi rayonları ilə həmsərhəddir. Rayon quru subtropik iqlim qurşağında yerləşir, iqlim tipinə görə yarımsəhra quru və çöl iqliminə aiddir.