ABA Logistics MMC xəritədə

ABA Logistics MMC

Bakı, Xətai rayonu, Nobel prospekti, 15 AZ1025 *** 1 səs

ABA Logistics MMC haqqında

“ABA Logistics” şirkəti 2006-cı ildən fəaliyyətə başlayaraq, öz işi ilə Azərbaycan logistika bazarında sözünü deməyə müvəffəq olmuş yerli bir müəssisədir. 10 il bundan öncə yaradılmış və beynəlxalq yükdaşımaları həyata keçirən “ABA Logistics” şirkəti artıq özünü etibarlı bir tərəfdaş kimi tanıtmışdır. Yarandığı dövrdən keçən bu müddət ərzində vizyonumuza, missiyamıza və dəyərlərimizə əsaslanaraq, gördüyümüz işlərlə fərqlilik yaratmağa və Azərbaycan logistika bazarının inkişafına öz töhfəmizi verməyə çalışmışıq.

“ABA Logistics” şirkətinin əsas fəaliyyət sahəsi dünyanın hər bir nöqtəsindən Azərbaycana və əks istiqamətdə istənilən nəqliyyat vasitələrilə (avtomobil, dəmiryolu, dəniz yolu, avia) beynəlxalq yükdaşımaları həyata keçirməkdir. Şirkət beynəlxalq korporasiyalar, Azərbaycanın sənaye sektorunun aparıcı müəssisələri, böyük ticarət şirkətləri olmaqla, 500-dən çox müntəzəm müştəri bazasına sahibdir və bu müştərilər günü-gündən artmaqdadır.

ABA Logistics şirkətinin missiyası

Müasir nəqliyyat vasitələrindən istifadə etməklə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə beynəlxalq yükdaşımalar üzrə keyfiyyətli xidmət göstərmək, müştəri məmnunluğu qazanmaq üçün hər zaman daha üst səviyyədə səmərəli təkliflər hazırlamaq, Azərbaycan bazarında beynəlxalq yükdaşımalar üzrə ən qabaqcıl şirkətlərdən biri olmaq üçün bütün səylərdən istifadə etməkdir. Hər bir uğurlu biznes işə ciddi yanaşma, vaxtında işi təhvil vermə, yüksək keyfiyyətli xidmət və dəyişən şərtlərə operativ cavab tələb edir. “ABA Logistics” şirkəti bunu başa düşür və öz müştərilərinin uğurlu işi üçün bu prinsiplərə riayət etməyə çalışır.

Şirkətin fəaliyyət prinsipləri

  • Səmərəli və şəffaf iş prinsiplərinə əsaslanaraq, müasir keyfiyyət standartlarına uyğun xidmətlərlə Azərbaycanda və beynəlxalq aləmdə etibar və sabitlik nümunəsi olan bir şirkət olmaq, müştəri bazasını bundan sonra da artırmaq əzmində olaraq, bütün bunları reallaşdırmaq üçün əməli tədbirlər işləyib hazırlamaq
  • İşin keyfiyyətini artıraraq, müştəri məmnunluğunu qoruyub saxlamaq
  • İşçi heyətinin peşəkar fəaliyyətini bundan sonra da inkişaf etdirmək.