32 Gözəl xəritədə

32 Gözəl

Bakı, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 99 AZ1069 *** 3 səs

32 Gözəl haqqında

32 Beauty və 32 Gözәl– Bakıda dünya səviyyəli stomatoloji klinikalar şəbəkəsidir. Bizim missiyamız - pasientlərimizi yüksək keyfiyyətli stomatoloji xidmətlə təmin etmək və onlara gözəl və sağlam təbəssüm bəxş etməkdir.Pasientlərin keyfiyyətli və düzgün müalicəsi həkimlərimizin əsas vəzifəsidir.Hər bir pasient klinikalarımızın stomatoloji kabinetlərində terapevt, parodontoloq, cərrah-implantoloq, ortoped, pediatr, gigiyenaçı, ortodont tərəfindən yardım ala bilər. 32 Beauty və 32 Gözәl Klinikalarında müalicənin hər bir mərhələsində diaqnostik nəzarəti təmin edən rəqəmsal rentgen aparatları mövcuddur.Biz sağlam və gözəl təbəssümə zəmanət verir və hər bir pasientin müalicəsinə fərdi yanaşaraq öz əməkdaşlarımıza peşəkarlığımızı dayanmadan sübut edirik!«32 Beauty və 32 Gözəl» - hər bir mütəxəssisini qürurla təqdim edə biləcək klinikalar şəbəkəsidir!Biz sizin təbəssümünüzün sağlam və parlaq olmasına kömək edərik! 

32 Gözəl klinikasının xidmətləri

  • Terapevtik stomatologiya-Bizim ixtisaslaşmış stomatoloqlarımız müxtəlif plomb materiallarının köməyi ilə dişlərinizin ilkin forması və rəngini tam bərpa etməklə onların müalicəsini həyata keçirə bilə
  • Uşaq stomatologiyası-Uşaq stomatologiyasında əsas amil - uşaq üçün minimal stress ilə dişlərin effektli və keyfiyyətli müalicəsini aparmaqdır. Bizim ixtisaslı stomatoloqlarımız bunu dərk edir və buna görə də dişlərin ehtiyatlı və ağrısız müalicəsi üçün sizin uşağınıza lap öncədən dostyana və uyğun mühit yaratmağa çalışırlar.
  • Lazer ağartma-Təbəssümünüzü ağappaq etməyin ən yaxşı üsulu dişlərin ağardılmasıdır.
  • Peşəkar həkimlər və dişlərin ən etibarlı və effektli ağardılması üsulları sizə 100% nəticə bəxş edəcək. Estetik stomatologiya prosedurasının birbaşa tibbi göstərişi yoxdur, son dərəcə pasientin istəyinə uyğun və əks göstəricilər olmadan aparılır.
  • İmplantologiya-Stomatoloji implantologiya – bugün diş cərgəsi bərpasının ən aktual üsuludur. Yeni texnologiyaların və metodikaların daima təkmilləşməsi sayəsində, implantologiya pasientlərə nəinki ağrısız, həm də yüksək keyfiyyətli diş implantasiyasını təmin edərək sürətlə inkişaf etməkdədir.
  • Ortopedik stomatologiya-Müasir avadanlıq və yüksək keyfiyyətli materialların sayəsində “32 Beauty və 32 Gözəl” klinikalar şəbəkəsi hər bir pasientin istək və xüsusiyyətini nəzərə alaraq, sizə istənilən növdə və çətinlikdə protezlərin keyfiyyətli hazırlanmasını təklif etməyə hazırdır. Həkimlərimizin peşəkarlığı və ixtisaslaşması çoxillik təcrübə, xaricdə təhsil və pasientlərimizin pozitiv rəyləri ilə təsdiqlənmişdir.
  • Cərrahi stomatologiya-“32 Beauty və 32 Gözəl” stomatoloji klinikalarımız stomatologiya sahəsində müxtəlif cərrahi əməliyyatların keçirilməsi üçün bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Klinikamızda dişlərin çəkilməsindən implantasiyaya qədər istənilən əməliyyat ehtiyatla və anasteziyanın tətbiqi ilə aparılır. Stomatoloqlar tərəfindən cərrahiyyə sahəsində tətbiq olunan texnikalar sümük və yumşaq toxumaları qorumağa imkan yaradır.
  • Ortodontiya (Breket sistemi)-Gözəl, simmetrik düzülmüş dişlər insana nəinki cazibədarlıq, həm də özünəgüvən hissi verir. “32 Beauty və 32 Gözəl” klinikaları ortodontiya sahəsində geniş xidmətlər spektri, o cümlədən breket sistemlərin hazırlanması və quraşdırılmasını təklif edir. Breket sistemi - xüsusi materiallardan hazırlanmış kiçik qıfılcıqları bir-birinə birləşdirən metal qövsdür.
  • Parodontologiya-Damaqların iltihabı bu və ya digər dərəcədə vaxtaşırı olaraq bütün insanlarda yaranır. Damaq xəstəliyinin əsas səbəbi bakterial təbəqədir. Ağız boşluğunun gigiyenasına riayət etdikdə və həkim-stomatoloqu müntəzəm olaraq ziyarət etdikdə damaqlardakı xoşagəlməz haldan qaçmaq olar.