2M Engineering Co. haqqında
“2M ENGİNEERİNG Co” şirkəti su təchizi sisteminin satışı, kanalizasiya, HVAC – kondisioner sistemləri, ventilyasiya, isitmə, onların quraşdırılması, təmir işləri, eyni zamanda təkmilləşdirilməsi sahəsində ixtisaslaşmaqla, 1997 – ci ildən bəri Azərbaycan bazarında öz fəaliyyətini idarə edir. Öz fəaliyyəti dövründə, şirkət yeni yerli və xarici materiallar və avadanlıqlar ilə böyük iş təcrübəsi topladı. Müəssisənin yüksək ixtisaslaşdırılmış əməkdaşları zəmanət xidmətlərini təqdim etməklə, öz fəaliyyət profilinin ən mürəkkəb işini icra edə bilir. “2M ENGİNEERİNG Co” şirkətinin yarandığı gündən bu günə kimi əsas məqsədi yeni keyfiyyətli su isidici və isitmə sistemləri üzrə artan tələbatların təmin olunmasıdır. Şirkət bu sahə üzrə Azərbaycanda özəl müəssisələr və dövlət strukturları ilə əməkdaşlıq edir. “2M ENGİNEERİNG Co” öz fəaliyyətini aşağıda qeyd olunan istiqamətlərdə aparır:
- avadanlıqların satışı və təchizi;
- layihə işlərinin təşkili;
- radiator isidici sistemlərin, “isti döşəmə” isidici sistemlərinin quraşdırılması, basseynlərin isidilməsi, ventilyasiya sistemləri, kondisioner sistemləri;
- qaz təchizi və su təchizi, kanalizasiya sistemləri, drenaj sistemlərinin xarici və daxili sisteminin qurulması;
- daxili isidici sistemin və su təchizi sisteminin quraşdırılması;
- qazanxana avadanlıqlarının quraşdırılması;
- servis və zəmanət xidmətləri.
Şirkət müştərilərə tapşırıqların idarə olunması üçün nəzərdə tutulan avadanlıqlar təklif edir, eyni zamanda bu sahədə özəl və hökumət təşkilatlarına xidmətlər həyata keçirir. Bizim müştərilərimiz hökumət və kommersiya təşkilatları, istehsal müəssisələri, özəl və hökumət binalarının sahibləri, kommunal və tikinti təşkilatları, layihəçilər və arxitekturlar, mühəndislər- konsultantlat, bina idarəediciləri, ticarət vasitəçiləri, podratçılar, isidici avadanlıqların, ventilyasiya sisteminin və hava kondisioner sisteminin istehsalçıları, təhlükəsizlik xidmətlərinin, təhsil sahələrinin, sənaye obyektləri xidmətlərinin, səhiyyə, pərakəndə mağazaların idarəçiləridir. Şirkət öz siyasətini diler şəbəkəsinin genişləndirilməsinə yönəltmişdir ki, bunun realizasiyası üçün, ilk ğncə Bakıda və Azərbaycanın digər regionlarında elektrik su qızdırıcıları (termosifonlar, beşdəqiqəlik), su nasosları (hidrofonlar), yağ radiatorları və digər müvafiq təyinatlı avadanlıqların satışı ilə məşğul olan şirkətlər və fiziki şəxslər ilə sıx əməkdaşlığa başlamışdır.