102 Zəng Mərkəzi xəritədə

102 Zəng Mərkəzi

Bakı, Binəqədi rayonu, Azadlıq prospekti, 161 AZ1000 *** 1 səs

102 Zəng Mərkəzi haqqında

102 Xidməti Zəng Mərkəzi sistemi -Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı vardır.Sistemin fəaliyyəti hazırlanan, törədilən və ya törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarətini daha da gücləndirmişdir. Eyni zamanda, polis əməkdaşlarının hadisə yerinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsini təmin etmiş, cinayətlərin qeydiyyatında tamlığı şərtləndirmişdir. Bununla belə, daxil olan məlumatlardan görünür ki, hər hansı hüquqazidd əməllə bağlı vətəndaşların bilavasitə ərazi polis qurumlarına etdikləri müraciətlərə bəzən həssaslıqla yanaşılmaması, lazımi reaksiya verilməməsi, hətta onların vaxtında qeydiyyata alınmaması kimi mənfi hallar da mövcuddur.Birbaşa "102" Xidmətinə edilən müraciətlər qeydiyyata alınaraq avtomatik arxivləşdirilir, kompyuter şəbəkəsilə təxirəsalınmadan ərazi polis qurumuna ötürülür. Orada görülən tədbirlər, o cümlədən vətəndaşın qəbulu prosesi hər bir növbətçi hissədə quraşdırılmış videokameralar vasitəsilə izlənilir, nəticələri barədə Zəng Mərkəzi rəsmi məlumatlandırılır. Öz işini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərinin uzlaşdırılması əsasında quran, qanuni mənafelərin etibarlı qorunmasını əsas vəzifə olaraq həyata keçirən DİN vətəndaşlardan cinayət və hadisələr barədə ilk növbədə "102" Xidmətini məlumatlandırmağı, sonra isə müvafiq ərizə ilə ərazi polis qurumuna müraciət etməyi xahiş edir.Funksiyaları və texniki imkanlarına görə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə səciyyəvi olan "102" Xidməti vətəndaşların qarşılaşdığı və ya şahidi olduğu cinayət və hadisələr barədə müraciətləri üzrə hər hansı mənfi halı tam istisna etmiş olacaqdır.