1001 Kitab xəritədə

1001 Kitab

Bakı, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, 7 AZ1001 *** 2 səs

1001 Kitab haqqında

Yeni yaradılan və Prezident tərəfindən xalqına hədiyyə olan 1001kitab.az saytı da həmin töhfənin davamı kimi kütləvi nəşrlərin elektron variantının oxuculara çatdırılması məqsədilə yaradılmışdır. Əziz dost! İstifadənizə təqdim olunan bu sayt 2004 və 2007-ci il sərəncamları əsasında çap olunan əsərlər və kitablar haqqında sizə ətraflı məlumat verir. Saytın imkanlarından istifadə etmək üçün sayta pulsuz abunə olun. Bununla siz 2012-ci ilə qədər çapdan çıxmış kitabları elektron formada oxumaq, hətta yükləmək imkanı əldə edirsiniz. Kitab ən yaxşı hədiyyədir. Ən dəyərli fikirləri eyni vaxtda milyonlarla insana çatdıran kitab bəşəriyyətin ən böyük kəşfidir. Hər bir insanın həmsöhbəti ola biləcək bu kəşf sanki müəllimdir.

Azərbaycan dilində kitablar

Çıxışlarının birində “Hər birimiz kitaba borcluyuq” deyən Ulu öndər Heydər Əliyev ölkəmizdə kitab nəşrinə xüsusi diqqət göstərmiş, kitab müəlliflərinə xüsusi qayğı ilə yanaşmışdır. Bu müdrik siyasəti uğurla davam etdirən cənab İlham Əliyev 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam, 24 avqust 2007-ci ildə isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin sərəncamlar əsasında bu günə qədər ümumi tirajı 13 milyondan artıq, ümumi tiraj üzrə çap vərəqlərinin sayı 327 milyon olan 573 kitab çap olunmuşdur. Hal-hazırda bu iş hələ də uğurla davam etdirilməkdədir.
2004 və 2007-ci il sərəncamlarına əsasən Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunaraq ölkə kitabxanalarına paylanması təmin edildi. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqına qiymətli töhfəsi oldu.