Azərbaycanın Ucar rayonunda “Ucar Aqro” quşçuluq kompleksi beynəlxalq standartlara cavab verən, yalnız ölkəmizdə deyil, eləcə də Cənubi Qafqaz regionunda müasir quş əti istehsal edən qabaqcıl müəssisələrdən birinə “Garant Holding”in investisiyaları sayəsində çevrildi. Zavodlarımızda əsas prinsip – gigiyenaya sözsüz riayət etməkdir.
Azərbaycanın Ucar rayonunda yerləşən “Quş əti emalı müəssisəsi” Ucar Aqro şirkətinin tərkibinə daxil olan yeni müəssisələrdən biridir. Müəssisənin yaradılmasında məqsəd istehlakçıları yüksək keyfiyyətli məhsul və xidmətlə təmin etmək, toyuq məhsullarına artan tələbi nəzərə alaraq ölkə bazarına yeni keyfiyyət standartlarına uyğun məhsul çıxarmaqdır.