TransCaspian 2015

TransCaspian 2015
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 12 May Bitmə tarixi: 14 May

Sizi regionun nəqliyyat sahəsi üzrə aparıcı tədbiri - "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian") sərgisində iştirak etməyə dəvət edirik.

"TransCaspian" sərgisi yükdaşıma şirkətlərinin yük sahibləri ilə görüşü üçün işgüzar platforma olmaqla yanaşı, nəqliyyat xidmətlərinizin Xəzər və Cənubi Qafqaz regionlarında təşviqi baxımından səmərəli vasitədir və geniş reklam kampaniyalarından istifadə üçün imkan yaradır. Hər il sərgiyə 2000-dən artıq peşəkar ziyarətçi gəlir və onlarında arasında müəssisə rəhbərləri, maddi-texniki təchizat üzrə menecerlər, habelə yüklərin daşınması və loqistikası üzrə cavabdeh şəxslər var. Sərgi həmçinin dəmiryol maşınqayırması üzrə fəaliyyət göstərən şirkətlərin "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə görüşü üçün ideal şərait yaradır. Bundan əlavə, sərginin daimi iştirakçıları arasında çay və dəniz limanları, eləcə də gəmiqayırma, kommersiya nəqliyyatı, maddi-texniki təchizat və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər var.

«TransCaspian» sərgisi hər il təşkil olunan "Yol infrastrukturu və İctimai nəqliyyat" "Road and Traffic"  sərgisi ilə paralel keçirilir.

www.transcaspian.az