Təhsil müəsisələrinin 3 min əd. monoblok kompüterlə təmin olunması üzrə tender

Təhsil müəsisələrinin 3 min əd. monoblok kompüterlə təmin olunması üzrə tender
Məkan:

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi

Başlanma tarixi: 19 İyun Bitmə tarixi: 22 İyul

Təhsil müəsisələrinin 3 min ədəd monoblok kompüterlə təmin olunması üzrə tender elan edilib. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təqdim etməlidirlər.

Tenderdə iştirak haqqı - 2000 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak etmək üçün lazımı sənədlərin siyahısıyla burdan tanış ola bilərsiniz. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2015-07-22 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2015-08-05 18:00 qədər Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 2015-08-07 12:00 tarixində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün əlaqələndirici şəxs - Abdulxalıqlı Vilayət, telefon :(+99412) 565-02-37 (daxili nömrə: 2022).

Mənbə