10-cu Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi.
25-27 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) dəstəyi ilə 20-ci Yubiley Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE 2014”), 9-cu Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan 2014”) və 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan 2014”) sərgiləri keçirildi.
Bu il “BIHE” sərgisi öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd etdi. Bu illər ərzində sərgi yeni tibbi texnologiyaların tətbiqinə mühüm töhfə verməklə yanaşı, dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, klinika rəhbərləri, təcrübə keçən həkimlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş yerinə çevrilib. Həmçinin, ötən bu müddət ərzində sərgidə dünyanın 45 ölkəsindən 2000-dən çox şirkət iştirak etmiş, çoxsaylı müqavilələr imzalanmış və birgə müəssisələr təsis edilmişdir.
Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev bu sənaye sahəsini inkişaf etdirməyin əhəmiyyətini vurğulamaqla yanaşı, yeddi il ərzində ölkədə 600-ə yaxın tibb müəssisəsinin təmir edildiyini, avadanlıqlara təchiz olunduğunu və istismara verildiyini qeyd etdi. E. Ağayevin sözlərinə görə, payızın ilk ayında öz işinə başlayan səhiyyə sərgisinin rolunu layiqincə qiymətləndirməmək çətindir. Burada dünyanın bir çox ölkəsindən minlərlə sənaye nümayəndəsi əlaqə qurur.
Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov isə Azərbaycanda elan olunmuş və ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir göstərən “Sənaye ili”nin aktuallığını qeyd etdi. Bu inkişaf prosesində Azərbaycanda keçirilən bütün sərgilər mühüm rol oynayır.
Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti Rəna Əliyeva vurğuladı ki, səhiyyə sərgisi bir çox mütəxəssisin peşəkar inkişafına töhfə verməklə yanaşı, səhiyyə sənayesində mühüm rol oynayır.
Tədbirdə çıxış edən “ITE Group” şirkətlər qrupunun icraçı direktoru cənab Edvard Stroon qeyd etdi ki, bu il dünyanın 17 ölkəsindən 147 şirkət müasir səhiyyə sənayesi üçün lazımı və zəruri olan ən son məhsulları nümayiş etdirirlər və bu ölkələr arasında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və s. yer alır. “BIHE” sərgisi “UFI” - Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülüb və bu, tədbirin keyfiyyətli təşkilini və yüksək statusunun dünya ictimaiyyəti tərəfindən tanınmasını bildirir.
“BIHE 2014” sərgisində tibbi məhsul və xidmətlər, eləcə də tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, birdəfəlik istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji diaqnostika və müalicə metodları, tibbi texnika və bir çox digər məhsulların geniş çeşidi nümayiş etdirilirdi. Bir çox şirkətlər isə öz stendlərində konsultasiyalar və fəal təqdimatlar keçirməklə yanaşı, yeniliklərini təqdim edir və öz avadanlıqlarını bilavasitə iş prosesində nümayiş etdirirdilər.
Bu il “BIHE 2014” sərgisini zəngin işgüzar proqram müşayiət edirdi, belə ki, 25 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin dəstəyi ilə “Tibbi Turizm - turizm sahəsində yeni istiqamət, marketinq strategiyası və brendinq” mövzusuna həsr olunmuş konfrans keçirildi. Konfransın moderatoru qismində “Kutvan” layihəsinin rəhbəri və Nişantaşı universitetinin nümayəndəsi cənab Ali Kutvan çıxış edirdi. Konfransda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Seyidov, Azərbaycanda Türkiyə səfirliyinin mədəniyyət və turizm üzrə məsləhətçisi Seyid Əhməd Arslan və digər şəxslər çıxış etdilər.
Tədbir iştirakçılarının rəyinə görə, konfrans Azərbaycanda müalicəvi turizm sahəsinin inkişafına, türkiyəli həmkarlar ilə təcrübə mübadiləsinə və ölkəmizdə tibbi-müalicəvi turizmin potensialı xüsusunda cəmiyyətin məlumatlandırılmasına kömək edəcək.
İşgüzar proqramı 26 sentyabr tarixində Bakı Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” adlı 8-ci Elmi-praktiki konfrans davam etdirdi. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək İctimai Birliyinin rəsmi dəstəyi ilə keçirilib. Konfransın sədri Mamalıq və Ginekologiya İnstitutunun direktor müavini Cəmilə Qurbanova tədbirə toplaşanları salamlayaraq qeyd etdi ki, hamiləlik zamanı qadın sağlamlığı, diaqnostika və xəstəliklərin qarşısının alınması müasir tibbin mühüm problemlərindən biridir. Bu tədbir ilk dəfə olaraq Azərbaycan Beynəlxalq sərgisi çərçivəsində keçirildi və burada Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan qocaman alim Leyla Rzaquliyeva, tibb elmləri namizədi Vəfa Qurbanova (“Baku Medical Plaza”), mamalıq və neonatologiyada genetik xəstəliklərin skrininqi sahəsində rusiyalı mütəxəssis tibb elmləri namizədi Vyaçeslav Mitkin və bir sıra digər şəxslər səhiyyə sənayesinin mühüm məsələlərini müzakirə etdilər. Sənayenin yerli mütəxəssisləri xarici həmkarlarına özlərinin ən yaxşı praktiki işləri barədə danışdılar.
Həmçinin, konfransda Azərbaycan Tibb Universitetinin tibb elmləri namizədi Şaiman Kadimova, Azərbaycan Tibb Universitetinin mamalıq və ginekologiya kafedrasının mütəxəssisi Ülviyyə Məlikova, ultrasəs diaqnostika həkimi Rəqsanə Əliyeva, Moskva Dövlət Tibb və Stomatologiya Universitetinin tibb elmləri namizədi Nadejda Çernova da iştirak edirdilər. Konfrans mamalıq və ginekologiya sahəsində Azərbaycan və Rusiya alimlərinin, eləcə də diaqnostların çıxışları ilə başa çatdı.
Bu il Azərbaycan Tibb Universitetinə qəbul zamanı ən yüksək ball toplamış tələbəyə mükafatın təqdim edilməsi mərasimi “BIHE” sərgisinə həsr olunmuş tədbirlərdən birinə çevrildi. Mükafat ən yüksək ball (700 ball) toplamış İlkin Məmmədzadəyə təqdim edildi. Yubiley münasibəti ilə təşkil edilmiş təntənəli ziyafət zamanı xatirə sertifikatı və mükafat gələcəyin həkimi İ. Məmmədzadəyə “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov tərəfindən təqdim edildi. Həmçinin, ziyarətçilər və iştirakçılar 20 il ərzində sərginin tarixi anlarını əks etdirən yubiley stendi sayəsində keçmişə virtual səfər etdilər.
“Beauty Azerbaijan 2014” sərgisində Azərbaycan, Bəhreyn, Gürcüstan, İtaliya, BƏƏ, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin peşəkar kosmetika bazarının aparıcı şirkətləri iştirak edirdilər. Eksponentlər gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda geniş surətdə istifadə edilən məhsul və texnologiyaları nümayiş etdirirdilər. Sərgi ekspozisiyasına lazer kosmetologiyası üzrə avadanlıqlar, doldurucular, mezoterapiya məhsulları, peşəkar kosmetika, bədənə / dırnaqlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqlar, ətriyyat, saç üçün peşəkar kosmetika və bir sıra digər məhsullar daxil idi. Ustad dərslərində ziyarətçilər məhsullar, saçın modelləşdirilməsi və manikür üzrə nümunəvi çıxışlar və öz sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə dəriyə qulluq proseduraları ilə bilavasitə iş prosesində tanış oldular.
25 sentyabr tarixində Bakı Ekspo Mərkəzində saat 14:00-dan 15:15-ə kimi stilist-saç ustaları üçün keçirilən ustad dərsi “Beauty Azerbaijan” sərgisinin parlaq hadisələrindən birinə çevrildi. Ustad dərsi “DIKSON” (Rusiya) şirkətində baş rəssam, mütləq dünya çempionu, ikinci “Qızılgül” (Paris) Qran-Pri mükafatının sahibi, Şərqi Avropa çempionu, açıq Avstriya kubokunun çempionu, Rusiya çempionu, milli mükafat laureatı, Rusiya Federasiyasında əməkdar təlimçi Svetlana Baqdanova və “FULL FASHION LOOK” (“Modaya tam baxış” / Moskva 2011-2012) müsabiqəsinin çoxqat qalibi Andrey Vişnevski tərəfindən keçirilirdi. Sözügedən ustad dərsi “WEDDING TIME” şou proqramının nümayişi ilə başa çatdı və burada ziyarətçilər saç sənayesi peşəkarlarının yaratdığı 13 gəlin, 13 müstəsna saç düzümü və 13 müəllif aksessuarı ilə tanış oldular.
Sərginin ikinci iş günündə digər bir gözlənilən hadisə - builki sərgilərin ən istedadlı iştirakçılarına xüsusi sertifikatların təqdim edilməsi oldu. Müstəqil komissiyanın rəyinə görə, aşağıdakı şirkətlər “BIHE” sərgisində bir sıra nominasiyalar üzrə qalib seçildilər:
“Beauty Azerbaijan” sərgisində aşağıdakı stendlər nominasiyalara layiq görüldü:
“Stomatology Azerbaijan 2014” sərgisinin iştirakçıları yeni stomatoloji avadanlıqlar və istifadə materiallarını, eləcə də dişlərin implantologiyası və ağardılması sahəsində yeni texnologiyaları və ağız boşluğuna qulluq üzrə gigiyenik vasitələri nümayiş etdirirdilər.
Sərginin üç iş günü ərzində ziyarətçilərin ümumi sayı 3084 nəfər idi və onların 90%-ni sənayenin mütəxəssisləri təşkil edirdi. Bu üç iş günü ərzində sərgilər köhnə tərəfdaşların və həkimlərin görüş yerinə çevrilməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına da kömək etdi və bazarın qiymətləndirilməsi, perspektiv müqavilələrin imzalanması və sərmayələrin yatırılması üçün əla imkan yaratdı.
2014-cü ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları “JW Marriott Hotel Absheron Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), “Greenwich Travel Club” şirkəti (rəsmi turoperator) və təhlükəsizlik üzrə rəsmi tərəfdaş “SafeLife” şirkətidir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” MMC və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.