Klassik avtomobil sərgisi

Klassik avtomobil sərgisi
Məkan:

Heydər Əliyev Mərkəzi

Başlanma tarixi: 18 Mart Bitmə tarixi: 30 Aprel

23 fevral 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin rəsmi açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın “Classic Remise” və Fransanın Milli Avtomobil (Şlumpf kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Ekspozisiyada avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
İlk dəfə olaraq belə geniş çeşidli eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksesuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar təqdim olunur.
Sərgi həftənin cümə, şənbə və bazar günləri işləyir.

Bilet: 10 AZN ( 5 nəfərlik və daha artıq şəxsdən ibarət qruplar üçün - 6 AZN)

Klassik avtomobil sərgisi həftənin cümə, şənbə və bazar günləri açıq olur. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və ya Mərkəzin rəsmi saytından (www.heydaraliyevcenter.az) almaq olar. Biletin qiyməti 10 AZN-dir. Ziyarətçilər 5 nəfərlik və ya daha artıq şəxsdən ibarət qrup halında gəldikdə biletləri 6 AZN-ə ala bilərlər.

Heydər Əliyev Mərkəzində sərgilər çərşənbə axşamı-cümə günləri saat 11.00-dan 19.00-dək, şənbə bazar günləri saat 11.00-dan 18.00-dək açıq olur.
Kassa çərşənbə axşamı-cümə günləri saat 11.00-dan 18.00-dək, şənbə bazar günləri isə saat 11.00-dan 17.00-dək işləyir.

Sərgi zalında foto və video çəkilişlərin aparılmasına icazə verilmir.

Keçirilmə məkanı: Heydər Əliyev Mərkəzi

Keçirilmə vaxtı: 18 Mart - 30 Aprel

Bilet qiyməti: 10 AZN

 

Mənbə