"Isolation Room-Gallery Kit" sərgisi

'Isolation Room-Gallery Kit' sərgisi
Məkan:

Port Baku Mall

Başlanma tarixi: 12 Mart Bitmə tarixi: 04 Aprel

YARAT təşkilatı 2015-ci ilin mart ayında Bakıda keçiriləcək “TƏCRİD OTAĞI” adlı birgə layihəsi barədə məmnunluq hissiylə xəbər verir. Bu biraylıq layihənin vaxtı elə təyin edilib ki, ABŞ-ın Bakıdakı Səfirliyinin təşkil etdiyi Amerika Həftəsinə təsadüf etsin.

“TƏCRİD OTAĞI” – davamlı, inkişaf edən layihə olaraq, yığma bir qurğu əsasında həyata keçirilir. Biçiminə görə yekə qutunu xatırladan həmin yığma modulun ölçüsü 7 x 7 x 9 futdur (2,13 х 2,13 х 2,74 metr). Bu modul yalnız bir ədəd eksponatın – tək qoyulmuş əsərin seyrçilərə nümayiş etdirilməsini hədəfə alır.

Daniel McGrath və Dana Turkovic tərəfindən 2010-cu ilin iyul ayında başlanmış “TƏCRİD OTAĞI” layihəsi istənilən sənət əsərini karantin təcridi şəraitinə salmağa imkan verir. Karantinə düşərək, əsər, sanki, bütün qıraq mövzulardan və əvvəlki kontekstlərindən təmizlənir. Sərgilənən eksponatla onun ziyarətçilərini qapalı və darısqal şəraitə salan layihə modulu eksponatın sırf estetik dəyərini qiymətləndirməyə kömək edir, rəssam, kurator və tamaşaçı auditoriyası arasında əlaqəni yeniləyir.

YARAT Daniel McGrath və Dana Turkovic tərəfindən keçiriləcək mühazirə və müzakirələr də təşkil edəcək:

11 mart, saat 19:30-da – “Matryoşka modeli və digər kurator layihələri” (Dana Turkovic)
13 mart, saat 19:00-da – “İntiqam 101” mühazirəsi (Daniel McGrath)

İştirak edən rəssamlar:

12 mart, 19:00
13 mart, 11:00-17:00

Isak Berbic (Bosniya və Herseqovina/ Nyu-Yorkda yaşayır)
Slater Bradley (San Fransisko / Berlinda yaşayır)
Juliet Chadwick (London / Straudda yaşayır)
Juan William Chavez (Lima / St.Luisda yaşayır)
Marcel Dzama (Vinnipeq / Nyu-Yorkda yaşayır)
Thomas Harris (Bristol / Los Ancelesda yaşayır)
Pablo Helguera (Meksiko Siti / Nyu-Yorkda yaşayır)
Jay Lizo (Çikaqo / Los-Ancelesda yaşayır)
Ross McDonnell (Dublin / Nyu-Yorkda yaşayır)
Lisa Sanditz (St. Luis / Nyu-Yorkda yaşayır)
Ryan Thayer (St. Luis / Berlinda yaşayır)

14 – 19 mart Emin Əzizbəyli (Azərbaycan)
20 – 25 mart Lana Sokolova (Azərbaycan)
26 – 31 mart Zamir Suleymanov (Azərbaycan)
01 – 04 mart Aytən Abdullayeva (Azərbaycan)

Mənbə