Artıq bir neçə ildir ki, İnsan Resursları və İnsan Resurslarının İdarə Olunması mövzuları Azərbaycanda həm elm, həm də biznes sahəsində gündəmə gəlmişdir. Məhz bunun nəticəsidir ki, istər təhsildə, istərsə də karyera seçimində İnsan Resursları sahəsinə olan maraq artmış, yerli şirkətlər tərəfindən İnsan Resursları üzrə struktur bölmələr formalaşdırılmış və onlarla əməkdaşlıq qurulmuşdur. Bütün bunlara baxmayaraq, digər menecment sahələri kimi, İnsan Resursları haqqında da elmi və praktiki baza əsasən ABŞ və Avropa mənbələrindən alınmışdır və fəaliyyətdə də həmin təcrübələrə istinad edilməkdədir.
Bu baxımdan, 13 Noyabrda baş tutacaq “İnsan Resursları Forumu Bakı 2015”-in əsas məqsədi ölkəmizdə bu sahədə dəyərli təcrübəyə malik peşəkarların öz təcrübəsini bölüşməsi üçün platforma rolunu oynamaqdır. Tədbir, bu gün Azərbaycanda İnsan Resursları sahəsindəki təcrübə mübadiləsi, onun mənfi və müsbət tərəfləri, İnsan Resurslarının şirkətlərdə rolu və gələcəkdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədini daşıyır.
İnsan Resurslari Forumu Baki 2015 Təşkilatçilar