''İnsan Alverinə Son!'' Forumu

''İnsan Alverinə Son!'' Forumu
Məkan:

Ambassador Oteli

Başlanma tarixi: 01 Avqust Bitmə tarixi: 01 Avqust

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü prinsiplərinə əsaslanır. İnsan alveri cinayətlərinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə cinayət olduğunu nəzərə alaraq, insan alverinə qarşı mübarizədə əhalinin, xüsusilə gənc nəslin bu barədə məlumatlanması böyük əhəmiyyət kəsb edir.

ELSA Azərbaycan tərəfindən həyata keçirilən "İnsan alverinə Son!" forumunda siz insan alveri ilə mübarizə tədbirləri, statistika, bu sahədə mövcud qanunvericilik, insan alveri qurbanlarına dəyən zərər, onların cəmiyyətə reabilitasiyası üçün görülən tədbirlər barədə ətraflı məlumat əldə edəcəksiniz.

Forumun agendası:

1-ci hissə : Açılış

  • İnsan alveri ilə mübarizə tədbirləri, statistika və mövcud qanunvericilik
  • Coffee break

2-ci hissə : Təlim

  • İnsan alveri və onların növləri
  • İnsan alverinin qurbanlarına dəyən fiziki və mənəvi zərər
  • Qadınlar insan alverinin subyekti kimi
  • Uşaqlar insan alverinin subyekti kimi
  • İnsan alveri qurbanlarının cəmiyyətə reabilitasiyası üçün görülən tədbirlər
  • İnsan alveri ilə üzləşən zaman görülməli tədbirlər

Burada qeydiyyatdan keçə bilərsiniz. 

Mənbə