Dejan Kaludjeroviçin sərgisi

Dejan Kaludjeroviçin sərgisi
Məkan:

Yay Gallery

Başlanma tarixi: 27 Noyabr Bitmə tarixi: 19 Yanvar

27 noyabr "Yay" qalereyasında Dejan Kaludjeroviçin fərdi sərgisi açılacaq. Dejan Kaludjeroviç sabiq Yuqoslaviyanın paytaxtı Belqradda dünyaya göz açıb. Çeşidli təsviri sənət sahələrində əldə etdiyi nailiyyətlərə görə ona Avstriyanın fəxri vətəndaşı adı verilib. Vyanada Tətbiqi Sənət Akademiyasında oxuduğu sinfin rəhbəri Ervin Vurm olmuşdur. Təsviri sənət üzrə magistr dərəcəsini 2004-cü ildə Belqrad İncəsənət Akademiyasında alıb.

Şəxsiyyətin formalaşmasını, təmsilçilik formalarının sabitliyini təhlil etmək məqsədilə Dejan Kaludjeroviç elə 1990-cı illərin ortalarından – peşə karyerasının Belqradda başlandığı vaxtdan öz yaradıcılığını istehlakçı yanaşmanın uşaqlıq dövrü ilə necə uzlaşdığının tədqiqata çevirdi. Onun yaratdığı rəngkarlıq və qrafika işləri, obyekt, video-film və instalyasiyalar, əksər hallarda, müəyyən təkrar işlənmə proseslərini, surət çıxarmanı, hərəkətlərin təkrarlanmasını əks etdirirlər. Mexaniki çoxalmanı təqlid edən cizgilərlə o, populyar mədəniyyətə hopdurulmuş darıxdırıcı yeknəsəqliyi tənqid edir.

Kaludjeroviçin əsərləri bir çox şəxsi və dövlət kolleksiyalarında yer alıblar, o cümlədən MUSA, KONTAKT, STRABAG, Vyanadakı Artothek des Bundes, Zaltsburqdakı Museum der Moderne, October Salon Collection, Belqrad Şəhər Müzeyi, Berlindəki APT və s. kolleksiya və muzeylərdə nümayiş etdirilir.