Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət Konfransı

Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət Konfransı
Məkan:

Fairmont Baku

Başlanma tarixi: 15 Oktyabr Bitmə tarixi: 15 Oktyabr

Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə 1-ci Azərbaycan Konfransı (Baku CSR Conference) Azərbaycanın aparıcı şirkətləri, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarını bir araya gətirəcək və bu sahədə yerli və xarici təcrübəni öyrənmək üçün unikal məkan olacaqdır. Tədbirin məqsədi ölkədə cari vəziyyətin kompleks qiymətləndirməsini həyata keçirmək, habelə bu sahəni inkişaf etdirmək üçün dövlət, özəl və qeyri-dövlət təşkilatları arasında dialoqu və əməkdaşlığı genişləndirməkdir.

Tədbirin Məqsədi:

  • Dayanıqlı İnkişaf/Korporativ Sosial Məsuliyyət konsepsiyasına maraqlı tərəflərin yanaşmaları və Azərbaycanda bu istiqamətdə mövcud vəziyyətin dəyərləndirilməsi
  • Respublikada Dİ/KSM sahəsində dövlət strukturları, özəl sektor və qeyri-hökumət təşkilatları arasında dialoqun inkişaf etdirilməsi
  • Korporativ sosial məsuliyyətlər üzrə yerli və qlobal təcrübənin və bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq qurumların təcrübəsinin təqdim edilməsi
  • Özəl şirkətlərin KSM siyasəti çərçivəsində sosial layihələrdə daha effektiv iştirak etməsinə və təşviq edilməsinə zəmin yaradılması
  • İctimai sektorla özəl sektor arasında dayanıqlı inkişaf istiqamətində əməkdaşlığın gücləndirilməsi vacibliyinin müzakirəsi;
  • Aktual sosial layihələrin gündəmə gətirilməsi və bu istiqamətdə özəl və ictimai sektorun əməkdaşlığının əhəmiyyətinin müzakirə edilməsi
  • Vətəndaş cəmiyyətində korporativ sosial məsuliyyət anlayışının formalaşması və inkişafı

Konfransın mövzuları:

  • Dayaniqli inkişaf. Konsepsiya, qlobal trendlər, standartlar.
  • Yaşil iqtisadiyyat, enerji effektivliyi və ekologiya. Dayanıqli infrastruktur. Özəl və dövlət sektorlarının uğurlu əməkdaşlığı (PPP).
  • Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mövcud imkanlar və ölkə iqtisadiyyatında yeri. Ərzaq təhlükəsizliyi. Dəyər zəncirinin idarə edilməsi.
  • Azərbaycanin İKT sektorunun dayanıqlı inkişafı üçün çağırışlar və perspektivlər.
  • Biznes daha yaxşı cəmiyyət naminə.
  • Ölkənin sağlam gələcəyinin aparici qüvvələri olaraq dayanıqlı təhsil və effektiv gənclər siyasəti. Dayanıqlı inkişafda fundamental və tətbiqi elmin rolu. Strategiya, layihələr və çağırışlar.
  • Korporativ sosial məsuliyyətin əmək müstəvisi. Tövsiyələr, yerli və beynəlxalq təcrübə.
  • Dövlət, QHT və korporativ sektorun dayanıqlı inkişafı. Əməkdaşlıq, nailiyyətlər və perspektivlər.

Tədbirin təşkilatçısı: Caspian Event Organisers şirkəti. 

Mənbə