Birləşmiş Krallıqda Təhsil sərgisi

Birləşmiş Krallıqda Təhsil sərgisi
Место:

Hilton Baku

Дата начала: 11 Апрель Дата окончания: 12 Апрель

Britaniya təhsil sərgisində iştirak etməyə 10 səbəb

11-12 aprel 2015-ci il tarixlərində Hilton otelində British Council Azərbaycan özünün növbəti ‘Education UK – Birləşmiş Krallıqda Təhsil’ sərgisini təşkil edəcək. British Council tərəfindən 2013 və 2014-cü illərdə böyük müvəffəqiyyətlə Bakıda təşkil edilmiş 3 böyük sərgidə ümumilikdə Britaniyanın 70-ə yaxın universiteti, kolleci, məktəbi və dil kursu iştirak etmişdir. Eyni zamanda sərgiləri Britaniyada təhsil ilə maraqlanan 8000-dən artıq məktəbli, tələbə, valideyn, təhsil təşkilatlarının və biznes strukturlarının nümayəndələri ziyarət edib.

Ölkəmizdə Britaniyada orta məktəb və universitet öncəsi təhsilə, həmçinin İngilis dili və yay kurslarına marağın hər il artdığını nəzərə alaraq British Council-in yaz sərgiləri xüsusi olaraq yalnız məktəb, kollec və dil kurslarının iştirakı ilə təşkil edilir. Britaniyada təhsil ilə maraqlananların diqqətinə bu sərgidə ziyarətçi kimi iştirak etməyə 10 səbəbi təqdim edirik:

1. Birləşmiş Krallığın, eləcə də dünyanın top universitetlərinə təhsil almağa imkan verən ən yaxşı Britaniya kollec və məktəblərinin nümayəndələri ilə görüşmək, təhsil planlarını müzakirə etmək və gələcək ilə bağlı qərar vermək imkanı;
2. London, həmçinin Britaniyanın müxtəlif şəhərlərində təqdim edilən ümumi, biznes və müxtəlif sahələr üzrə qısamüddətli, uzunmüddətli İngilis dili kurslarına birbaşa qeydiyyat imkanı;
3. İştirakçıların əksəriyyətinin Britaniyanın müxtəlif yerlərində təqdim etdikləri 1 həftədən 4 həftəyə qədər olan yay kurslarına elə sərgidəcə qeydiyyat imkanı;
4. Sərgi iştirakçıları tərəfindən Azərbaycandan olan tələbələr üçün təqdim edilən xüsusi təqaüd və güzəştlər ilə bağlı məlumat əldə etmək imkanı;
5. Britaniya təhsil sistemi, xüsusən də orta məktəb təhsili və universitet öncəsi təhsil proqramları olan Pre GCSE, GCSE, A Level, Foundation, IB proqramları və İngilis dili və yay kursları ilə bağlı məktəb və kolleclərin nümayəndələri tərəfindən keçiriləcək seminarlarda iştirak imkanı;
6. Britaniya və eləcə də dünyanın əksər universitetləri tərəfindən tələb olunan IELTS imtahanları ilə bağlı ən son yenilikləri özündə əhatə edəcək təqdimatlara qatılmaq imkanı;
7. 14-18 yaşlı məktəblilərin hədiyyəsi Britaniyada 2 həftəlik kurs olan inşa müsabiqəsində iştirakı imkanı;
8. Hədiyyələri siyahısına İngilis dilində kinoya dəvətnamə, kitab və süvenirlər olacaq lotoreyada iştirak imkanı;
9. Sərginin rəsmi hash tag-i olan #edukaz ilə sərgidən maraqlı məqamları foto və statuslarla paylaşmaq və günün qalibi olmaq imkanı;
10. Nəhayət, iştirakçı məktəb, kollec və dil kurslarının Azərbaycanda olan nümayəndələrilə tanış olmaq və sonradan bu kollec, məktəb və dil kurslarına müraciət prosesini bu nümayəndələr ilə davam etdirmək imkanı.

Beləliklə, həm valideynlər, həm məktəblilər, həm tələbələr, həm də biznes nümayəndələri 11-12 aprel 2015-ci il tarixlərində Hilton otelində keçiriləcək Education UK sərgisində iştirak etməklə yuxarıdakı imkanlardan maksimum yararlana bilər.