10-cu Azərbaycan Beynəlxalq “Beauty Azerbaijan” sərgisi.
Azərbaycanda gözəllik sənayesi üzrə aparıcı tədbir –“Beauty Azerbaijan” sərgisi gözəllik sahəsinin mütəxəssislərini, habelə kosmetik vasitələrin istehsalçı və distribyutorlarını, o cümlədən ətriyyat və kosmetikanın son istifadəçilərini bir meydançadatoplayır. Bu beynəlxalq tədbir hər il dünyanın müxtəlif ölkələrindənsənayepeşəkarlarını cəlb etməklə yanaşı, onlara Azərbaycan bazarına çıxmağa, eləcə də yerli mütəxəssis və istehlakçıları dünya gözəllik sənayesinin nailiyyətləri ilə tanış etməyə kömək edir.
“BeautyAzerbaijan” sərgisi Azərbaycan Beynəlxalq “Səhiyyə”(“BIHE”) sərgisi ilə paralel keçirilir.
“Beauty Azerbaijan-2014” sərgisi barədə rəylər:
“ - Mən əminəm ki, bu sərgi ziyarətçilərə öz məhsullarımız barədə məlumat verməkdə bizə kömək edəcək. Sərgiyə marağın çox yüksək olması bizi sevindirir!”
Zöhrə Bağırova. “VITTA MedicalSystems” şirkətinin kosmetologiya üzrə baş meneceri
“ – Biz bu sərgidə ilk dəfə iştirak edirik. Qeyd edim ki, burada ziyarətçilərin sayı çoxdur. Sərgi başladığı andan etibarən insanlar stendimizə yaxınlaşaraq məhsullarımızlamaraqlanırlar. Sərgiyə maraq çox yüksəkdir”
Manana Xabeişvili. “La Belle Medical” şirkətinin inkişaf üzrə direktoru
“ - Biz artıq dördüncü ildir ki, bu sərgidə iştirak edirik və həmişə müsbət nəticələr əldə etmişik. Bizim metodiki mərkəzdə təlim keçmək arzusunda olan şəxslərdən və pasiyentlərdən bizə kifayət qədər çox müraciət daxil olur”.
Nərminə Şükürova. “ZNK” şirkətinin direktoru