''BIHE 2015'' Səhiyyə sərgisi

''BIHE 2015'' Səhiyyə sərgisi
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 18 Sentyabr Bitmə tarixi: 20 Sentyabr

21-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi BIHE 2015.

Azərbaycanda yeganə səhiyyə sərgisi olan “BIHE” sahəmütəxəssislərinin görüş yeri, konstruktiv dialoq və təcrübə mübadiləsi, habelə səhiyyə sahəsində ən yeni məhsul və nailiyyətlərin nümayişi üçün ideal meydançadır.

Məhz “BIHE” sərgisi bir çox şirkətin Azərbaycan bazarına daxil olması üçün başlanğıc platforma olmuşdur. Sərgi çərçivəsində bir çox əlavə tədbir, konfrans və tanınmış həkimlərin iştirakı ilə seminarların təşkili nəzərdə tutulmuşdur.

“BIHE-2014”

  • Sərginin sahəsi: 3500 м2
  • Ziyarətçilərin sayı: 3246
  • İştirakçıların sayı: 122
  • İştirakçı ölkələrin sayı: 18


İştirakçıların “BIHE 2014” sərgisi barədə rəyləri:

“ - Öz işinə ənənəvi olaraq payızın ilk ayında başlayan “Səhiyyə” sərgisinin rolunu layiqincə qiymətləndirməmək mümkün deyil. Dünyanın müxtəlif ölkələrinin səhiyyə sahəsini təmsil edən minlərlə nümayəndəsi burada əlaqələr qurur”
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

“ – “Səhiyyə” sərgisi bir çox mütəxəssisin peşəkar inkişafına imkan yaratmaqla yanaşı, səhiyyə sənayesində mühüm rol oynayır. Bu sərgi sayəsində bazara müasir texnologiyalar və ən yeni məhsullar çıxarılır”
Rəna Əliyeva, Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) prezidenti.

“Biz əminik ki, “BIHE” sərgisində yaradılmış geniş imkanlar sayəsində keyfiyyətə və qabaqcıl texnologiyaya dəyər verən klinika nümayəndələri ilə görüşə biləcəyik”
Tamilla İsmayılova, “Albatros Health Care” şirkətininticarətnümayəndəsi.

“ - Artıq ikinci ildir ki, biz bu sərgidə iştirak edirik. Zənnimcə, bu sərgi Qafqaz regionunun ən böyük tədbiridir və bu tədbirdə iştirak xüsusən faydalı olmaqla yanaşı, öz hədəf alıcı auditoriyanızın, habelə alıcılar və işgüzar tərəfdaşlarınızınmüəyyənləşdirilməsinə də şərait yaradır.”
Elena Burıgina, “POZIS” (Rusiya) şirkətinin xarici bazarların inkişafı şöbəsinin rəhbəri.

Mənbə