Aqua-Theme Baku 2015

Aqua-Theme Baku 2015
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 21 Oktyabr Bitmə tarixi: 24 Oktyabr

8-ci Beynəlxalq “İstilik, Havalandırma və Kondisiyalaşdırma Sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji” sərgisi. Aqua-Theme Baku sərgisi Azərbaycan və bütövlükdə Qafqaz regionunda “İstilik, havalandırma, kondisiyalaşdırma və soyutma” (HVACR) sənayesi üzrə peşəkar həll variantlarının nümayiş etdirildiyi nüfuzlu tədbirdir və hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkar və mütəxəssislərini bir araya toplayaraq işgüzar əlaqələrin qurulması, yeni tərəfdaşların axtarışı, konstruktiv fikir və təcrübə mübadiləsinin aparılması, habelə sənayenin innovasiya və nailiyyətləri ilə tanışlıq üçün hüdudsuz imkanlar yaradır. Sərgi həm MDB şirkətləri, həm də xarici müəssisələrin marağına səbəb olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı müqavilələrin imzalanması üçün münasib şərait yaradır.

Aqua-Therm sərgisinin sizə verdiyi imkanlar

  • Qafqaz regionunda “HVAC” sektoru üzrə yeganə sərgi;
  • Yeni satış bazarlarına çıxış imkanı;
  • Qısa zaman ərzində bazarın maksimum əhatə edilməsi - sənaye peşəkarları və korporativ müştərilərlə intensiv görüş və danışıqlar;
  • Aktual mövzuların müzakirəsi və bazarın aparıcı iştirakçıları ilə təcrübə mübadiləsi;
  • Yeni işgüzar əlaqələrin qurulması, habelə gələcək biznes əlaqələri baxımından mövcud müştəri və tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsi.

Aqua-Therm sərgisinin bölmələri:

  • Hamam mebeli və aksesuarları
  • Ətraf mühitin qorunması
  • Fitinqlər və zolotniklər
  • İsitmə texnologiyaları
  • Qurğu avadanlıqları və aksesuarları
  • İzolyasiya materialları
  • Ölçü, nəzarət və nizamlayıcı sistemlər
  • Borular və boru xətləri
  • Nasoslar
  • Su və kanalizasiya texnologiyaları
  • Hava quruducu qurğu
  • Hava kanalı
  • Hava filtrləri
  • Hava kondisionerləri
  • Çilerlər
  • Soyuducu kameralar və qapılar
  • Kompressorlar
  • Ventilyatorlar
  • Multiroom sistemlər
  • Soyuducu qurğular
  • Ventilyasiya
  • Üzgüçülük hovuzları
  • Sauna üçün avadanlıqlar
  • Hidromassaj vannaları
  • Akvaparklar
  • Bioloji yanacaq və bioloji qaz
  • Enerjinin effektiv istifadəsi
  • "Yaşıl ev"
  • İstilik nasosları
  • Fotoelektrik energetika
  • Günəş soyutması
  • Günəş isitməsi
  • Termoizolyasiya
  • Su qoruyucu sistemlər

Mənbə