13 sentyabr 2015-ci il tarixinndə Art Villa qalereyasında "Açıq səma altında Plener 9" keçiriləcək. Azərbaycan İncəsənət Konsulluğunun (“Arts Council Azerbaijan”) təşəbbüsü ilə, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər Şəbəkəsinin təşkilatı dəstəyi ilə təşkil olunan plener "İdman və İncəsənət" mövzusuna həsr edilib.
Tədbir təkcə ənənəvi olaraq rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılmasını deyil, həm də açıq havada çoxsaylı rəssamların çalışmasını nəzərdə tutub. Burada gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.Plener sənətkarların özünü təkmilləşdirilməsi forması kimi gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi ilə keçiriləcək.