İxtisaslaşdığı sahə üzrə unikal tədbirlərdən biri sayılan "Karyera" sərgisi müstəsna olaraq yerli məzunlar üçün nəzərdə tutulmuşdur və onlara məşğulluq imkanları təklif edən, habelə müxtəlif şirkətlərin işəgötürmə üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyəti təmin edən xüsusi platformadır.
Faydalar
Sərgi iştirakçilari
Sərginin məqsədi
"Karyera" sərgisinin məqsədi ixtisaslı namizədləri birbaşa sizin stendinizə istiqamətləndirmək və beləliklə də, mövcud iş vakansiyaları haqqında ümumi məlumat verməyinizə şərait yaratmaqdır. Burada işəgötürən şirkətlər ixtisaslı kadrları cəlb edərək seçmək və məşğulluqla təmin etmək üçün bir araya gələcəklər. Siz də onlardan biri ola bilərsiniz!
Hədəf namizədlərin cəlb olunmasi
Biz kütləvi informasiya vasitələrində yüksək səviyyəli təşviqat kampaniyası təşkil etməklə, işə götürmək istədiyiniz ixtisaslı namizədləri cəlb edirik. Bu reklam kampaniyası passiv namizədləri, yəni fəal surətdə iş axtarmayan, lakin daha yaxşı iş yerinin ola biləcəyini düşünən təcrübəli, ixtisaslı və hazırda işləyən namizədləri də əhatə edir. Həmçinin, biz karyera qurmaq və ya öz karyerasında dəyişiklik etmək istəyən namizədləri məlumatlandırmaq üçün universitetlər, kolleclər, peşə məktəbləri, peşəkar cəmiyyətlər və kütləvi informasiya vasitələri arasında da bu tədbiri təşviq edirik.
Faktlar və rəqəmlər