50 məktəb direktoru üçün inklüziv təhsil haqqında təlim

50 məktəb direktoru üçün inklüziv təhsil haqqında təlim
Məkan:

British Council

Başlanma tarixi: 15 İyun Bitmə tarixi: 21 İyun

British Council Azərbaycan AccessBankın tərəfdaşlığı ilə İDEAS layihəsinin pilot mərhələsi proqramı çərçivəsində pilot fəaliyyətlərdən birinə start verəcək. Proqram çərçivəsində Bakı şəhərində yerləşən 50 orta məktəb direktoru inklüziv təhsilin məzmunu və onun inteqrasiyasının əhəmiyyəti haqqında iyun ayının sonunda təşkil olunacaq təlimlərdə iştirak edərək yararlanacaqlar. Təlim zamanı effektiv məktəblərin yaradılması və əlavə olaraq əlillik komponentinin məktəbin gündəminə əlavə edilməsi kimi mövzular əhatə ediləcəkdir.

British Council AccessBankın tərəfdaşlığı ilə Milli Təhsilin İnkişaf Etdirilməsi Strategiyasına və Təhsil Nazirliyi tərəfindən müəyyyən edilmiş perspektivə əsasən yuxarıda sadalanan məsələlərə dair məktəb direktorlarının məlumatlılığnı və biliklərini artırmaq məqsədilə bu tədbiri həyata keçirmək niyyətindədir. Proqram direktorların lazımi bilik və bacarıqlarla təchiz edilməsindən başqa, həmçinin praktik beynəlxalq təcrübəni də təmin edəcək.

İnklüziv təhsil mövzusuna həsr edilən iki günlük təlim proqramı çərçivəsində Təhsil Nazirliyinin (TN) nümayəndəsi tərəfindən məktəblərin dəyərləndirilməsi və seçilməsi həyata keçiriləcək. TN və bu sahədə müstəqil expert müvafiq məktəblərin seçilmiş direktorları üçün təlim keçirəcək və onları əlillik, bu məsələyə dair tibbi və sosial yanaşmalar, universal dizayn kimi mövzular üzrə biliklərlə təchiz edəcəklər. Direktorlar əlilliyi olan şəxslərlə ünsiyyət zamanı istifadə ediləcək etik terminləri və nəzəriyyəni öyrənəcək və analiz edəcəklər. Bu proqram sayəsində məktəb rəhbərləri əlilliyi olan insanlarla qarşı müsbət münasibəti dəstəkləyən bilik və bacarıqların öyrənilməsi üçün innovativ düşüncə tərzinə yiyələnəcəklər. Onlar əlillik məsələlərini daha yaxşı başa düşə biləcək və bununla da, müxtəlif şagird qrupları üçün bərabər imkanların yaradılmasında iştirak edəcəklər.

50 məktəb nümayəndələrini təlimdə iştirak etməyə dəvət edirik. Məktəblər seçimi TN nümayəndəsi tərəfindən aparılacaq.

Tədbirdə iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını tamamlayaraq 21 iyun, 2015-ci il tarixinədək Sabina.Guliyeva@britishcouncil.az e-mail ünvanına göndərə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün IDEAS layihəsinin koordinatoru Səbinə Quliyeva ilə əlaqə saxlaya bilərsiniz  - Sabina.Guliyeva@britishcouncil.az

Mənbə