iPhone 6s və 6s Plus təqdim olundu

ABŞ-ın Apple korporasiyası San-Fransisko şəhərindəki "Bill Graham Civic Center Auditorium"da yeni məhsullarını və servislərinin təqdimat mərasimini keçirib. Korporasiyanın yeni smartfonları olan iPhone 6s və iPhone 6s zahirən ötənilki modelərdən seçilmirlər. Amma yeni, "Rose gold" adlı çalar meyda olub. Yeni smartfonlardakı A9 prosesoru hazırda iPhone 6 və 6 Plus-dakı A8 prosessoru ilə müqayisədə 70 faiz daha məhsuldardır. Qrafikanın "emal" sürəti isə 90 faiz artıb.

Kameralar da yenilənib. iPhone 6s və 6s Plus-dakı 12 meqapiksellik əsas kameralar 4K ölçülü videolar çəkməyə imkan verir. Frontal kamera isə 5 meqapikseldir. Smartfonlarda ən çox gözlənilən yenilik 3D Touch funksionalı idi. Bu sistem Apple Watch və MacBook 2015-da Force Touch adı altında fəaliyyət göstərir. Texnologiya smartfonun ekranına basılma gücünü hesablayır və istifadəçinin barmağının təsir gücündən asılı olaraq çalışır.iPhone 6s-in satışları ABŞ-da sentyabrın 25-də başlanacaq. Birləşmiş Ştatlarda smartfonun 16, 64 və128 qeqabayt yaddaşlı versiyaları mobil rabitə şirkəti ilə 2 illik müqavilənin bağlanması şərti ilə müvafiq olaraq 199, 299 və 399 dollardır. Yeni smartfonlar daha sonra Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Honkonq, Yaponiya, Yeni Zelandiya, Puerto-Riko, Sinqapur və Britaniyada satışa çıxarılacaq.

Yeni smartftonların çalışacağı iOS 9 əməliyyat sistemini isə sentyabrın 16-dan etibarən yükləmək olar.Əməliyyat sistemi iPhone 6 və iPhone 6Plus-da dayenilənəcək. San-Fransiskodakı mərasimdə iPad Pro da təqdim olunub. iPad Pro-nun ekranının diaqonalı 12,9 düymdür və bu sahədə 5,6 milyon piksel var.Yeni planşet A9X prosesoru ilə təchiz olunub və bu da iPad Air 2 ilə müqayisədə 1,8 dəfə, 2010-cu ildə buraxıılmış iPad-dan isə 22 dəfə sürətlidir.iPad Pro-nun 4 dinamiki var. Qacet iPad Air 2 ilə müqayisədə 0,8 mm qalındır.Yeni planşet 10 saat muxtar iş zamanına malikdir.iPad Pro üçün Pencil Force adlı stilus və klaviatura da nümayiş olunub.

iPald Pro 32,64 və 128 qeqabayt yaddaşlı 3 variantda satılacaq. Onların da qiymətləri ABŞ-da 799-1079 dollar arasında olacaq.Pencil stilusunun qiyməti 99 dollar, Smart Keyboard klaviaturası isə 169 dollardır.Apple korporasiyası Apple TV-nin səs tanıyan və Siri ilə inteqrasiya olunmuş yeni versiyasını da nümayiş etdirib. İdarəetmə pultunda sensor panel var.Apple TV üçün iOS bazasında yeni, TV OS adlı əməliyyat sistemi hazırlanıb.

Apple TV oktyabrın sonlarında satışa çıxarılacaq. Apple Watch qol saatları üçün yeni proqram əlavələri adaptasiya olunub. Təqdimat mərasimində Hermes-in istehsalı olan yeni qolbaqlar da göstərilib

Mənbə: http://news.milli.az