iOS üçün 2015-ci ilin ən yaxşı əlavələri

iOS üçün 2015-ci ilin ən yaxşı əlavələri
855

“Apple” korporasiyasının mütəxəssisləri smartfonlar üçün nəzərdə tutulmuş mobil əlavələrin analizini apararaq, ən yaxşı oyun və proqramların siyahısını tərtib edib.

“vistanews.ru” saytının xəbərinə görə, siyahıda ancaq iOS əməliyyat sistemi üçün proqramlar yer alıb. Bu əlavələrin arasında eləsi də var ki, onu həm “iPhone”, həm də “iPad” cihazlarına yükləmək mümkündür.

“Apple” nümayəndələri bu əlavələri ödənişli və ödənişsizlərə bölüblər. Pulsuz əlavələrin siyahısına “Facebook”, “Instagram”, “Twitter”, “Google” sosial şəbəkələri, “YouTube” videohostinqi və “Piano Tiles 2” əlavəsi daxil edilib.

Ödənişli oyun əlavələri arasında isə “Minecraft: Pocket Edition” oyunun mobil versiyası, “PlagueInc” virus yayıcısı simulyatoru, həmçinin “Cut the Rope: Magic” və “Heads Up!” oyunları daxil edilib.

“iPad” planşetləri üçün isə ödənişli proqramlar arasında ilk üçlüyə həmçinin “Minecraft”, “Lucky Block Mod” və “Story Mode” oyunları daxil olub. Pulsuz proqramların arasında “Google”, serialların izlənilməsi üçün əlavə olan "Netflix",“Star Wars: Galaxy ofHeroes” oyunu və yenə də “Piano Tiles 2” və “YouTube” əlavələri daxil edilib.

Mənbə: http://ikt.lent.az/