Zaman, şəxsi karyera və pul

Yalnız dünyada az bir zamanımızın olduğunu tam olaraq anlamağa başlayanda zamanımızı tam şəkildə düzgün istifadə etməyə başlayırıq. Ama zaman ən böyük yatırım ediləsi ünsürdür. Özünüzə bir şirkət gözü ilə baxmaq istəsəniz, özünüzü brendləşdirməyə çalışsanız ən doğru yol o olar ki, zamandan düzgün istifadə edəsiniz.

Ən önəmli qaynaqlar zaman, insan , pul varlıqlarıdır ki, sizdə bundan nə qədər düzgün istifadə etsəniz o qədər uğur əldə edəcəksiniz. Hədəflər doğrultusunda zamandan düzgün istifadə etmək şərtdir. Bəzi insanlar bütün günü kitab oxumağı sevirlər, ama bu kitablar onlara şəxsi karyeralarında heç bir şey qatmadığı üçün mən bunu heç bir zaman məsləhət görmürəm. Bir fəaliyyət gördüyümüz zaman "Zaman - Şəxsi karyera - Qazanc "üçlüsünə nəzər yetirməliyik. Bizim üçün dünyada ən gözəl dəyər sevdiklərimizlə zaman keçirməyimizdir.

Əgər günlük iş üçün ayırdığımız zamanı düzgün istifadə etsək bu bizə şəxsi karyeramızda gözəl nəticələr gətirəcəkdir. Bu gözəl nəticələr əvəzində gözəl qazanc əldə edəcəyik ki , sevdiklərimizlə daha gözəl zaman keçirmə imkanımız olsun. Əslində mürəkkəb olan bir şey yoxdur və çox sadədir. Daha yüksək yaşam üçün zamana yatırımlar edəcəyik və zamanımızı düzgün idarə edəcəyik.

Gündəlik zamanı düzgün iddərə etmək

  • Bir gün öncədən gününüzü planlayın,
  • Erkən qalxın,
  • Oyanar oyanmaz yataqdan qalxmaq istəyi yaratmaq üçün hər gün özünüzə əyləncə və kef verəcək bir fikir inkişaf etdirin. Məsələn gözəl səhər yeməyi.
  • Çantanızı axşamdan hazırlayın,
  • Günə müsbət başlayın, müsbət düşünməyə çalışın.
  • Sağlamlığınızı qoruyun, varsa sağlamlıq problemlərinizi gecikdirmədən aradan qaldırın.
  • Hədəfləriniz hər zaman beyninizin bir küncündə olsun.
  • İdeal iş şəraiti yaradın.
  • Bir gün öncədən tutduğunuz planları bir bir etdikcə qarşısına, işarə plus işarəsi qoyun.
  • Sürətli və təsirli oxumağı öyrənin, yalnız sizin işinizə uyğun kitablar oxumağa çalışın.
  • Zehni gücünüzün səmərəliliyini artıracaq hər bir faktora (kitab, kurs,seminar və s.) sərmayə qoyun.
  • Dəvətsiz qonaqların sizi məşğul etməsinə icazə verməyin.
  • Hər kəs səhv edə bilər, ama keçmişdəki səhvləri təkrarlamaya çalışın.

Hər kəsə öz işlərində uğurlar arzulayıram.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com