''YouTube'' ilin ən populyar videolarını açıqladı - TOP 10 Video

''YouTube'' ilin ən populyar videolarını açıqladı - TOP 10 Video
5366

''Youtube'' video kanalı 2015-ci ilin ən populyar videolarının TOP-10-luğunun siyahısını açıqlayıb.“vistanews.ru” saytının xəbərinə görə, 10 çarxdan ibarət siyahıya müxtəlif əyləncəli kliplər, Amerika televiziya şoularından fraqmentlər yer alıb.

TOP-10-luğa Heven Kinq adlı qızın iştirakı ilə klip başçılıq edir. Bu klipdə o, öz dostları ilə amerikalı “Silento” adlı ifaçının “Watch Me” mahnısına rəqs edir.İkinci yerdə Liam Nilsonun çəkildiyi “Clash of Clans” oyununun reklam videosu durur. Mütəxəssislərin sözlərinə görə, bu videoçarxın Superboul iri idman tədbirində nümayişi ona daha böyük izləmə gətirib.

Liderlərin ilk üçlüyünü isə video blogger Roman Antvudun öz həyat yoldaşına hazırladığı qeyri-adi videoçarx tamamlayır. Belə ki, gənc oğlan həyat yoldaşının evə gəlişindən əvvəl evi tam olaraq rəngarəng plastik şarlarla doldurub.Daha sonra “Sevginin yarlıqları yoxdur” sosial reklamı, Cim Fellonun aparıcısı olduğu “The Tonight Show” axşam şousunun fraqmentləri, “Cimmi Kimmelin şousu”nun bölümü, Kelum Skottun “Britaniyada istedadlar var” şousunda çıxışı da yer alıb.

Sonuncudan əvvəlki yeri Teylor Sviftin mahnısını zümzümə edərək, avtomobil sürən polislərin videoçarxı tutur. Ötən ilin ən yaxşı videolarının TOP 10-luğunu ABŞ prezidenti Barak Obamanın videosu yekunlaşdırır. Bu videoda Barak Obama “Twitter” sosial şəbəkəsində özü haqqında qəzəbli məlumatları oxuyur.

Mənbə: http://ikt.lent.az/