İnsan emosiyalarını anlayan robotun qurucusu olan Yaponiyanın “SoftBank” şirkəti, mobil telefon mağazasında bütün məsləhətçi-satıcıları bir robota əvəz edəcək robot yaradıb.“vistanews.ru” saytının verdiyi məlumata görə, təxmin edilir ki, satıcı-robot alıcılara müstəqil olaraq məsləhət verəcək, onlara smartfon təklif edib sata biləcək. Mağazanın hər bir ziyarətçisi robotla tam olaraq məsləhətləşə biləcək. Robot isə ona cavab olaraq nəinki öz mövqeyini bildirə biləcək, hətta öz variantlarını təklif edəcək.
Dünyanın ilk emosional insanabənzər robotu “Pepper” adını alıb. Zahirən onu başı, iki əli var və o, heç bir maneə olmadan horizontal sahə üzrə hərəkət edə bilir və çətin olmayan danışıqları həyata keçirir. Belə ki, bu robot müsahibinin halını müəyyən edir və onun halına uyğunlaşmağı bacarır. Belə robotların ilk seriyası 1000 ədəd olmaqla satışa çıxarılandan ilk dəqiqədə alıcılar tərəfindən alınıb. Eyni sürətlə satışa çıxarılan digər 5 partiyada alınıb. “Pepper” robotunun birinin qiyməti 1 600 dollardan bir qədər artıqdır.
Mənbə: http://ikt.lent.az/