Xaricdə biznes: Malayziyada şikrət necə açmaq olar

Xaricdə biznes: Malayziyada şikrət necə açmaq olar
4613

Dünyanın inkişaf edən dövlətləri arasında ən perspektivli dövlət olan Malayziyada şəxsi biznesi necə qurmaq olar.
Dünya bankı Malayziyanı Doing Business 2015 biznesin asan idarə olunması reytinqində 18 yerdə qərarlaşdırmışdır. “Müəssisələrin qeydiyyatı” yarım reytinqində bu asiya dövləti dünya ölkələri arasında TOP – 15 siyahısına daxil olunur.
Keçən əsrin ortalarına qədər iqtisadi baxımdan perspektivi dövlət hesab edilməyən Malayziya indiki zamanda inkişafda olan ölkələr arasında ən varlı və inkişaf etmişlərdən biri kimi qəbul olunur. Malayziya dünyada qlobal rəqabət qabiliyyəti reytinqində 20 – ci, iqtisadi azadlıq səviyyəsi üzrə isə dünya dövlətləri reytinqində 31 – ci yeri tutur.

1970 – ci ildən başlanmış iqtisadi islahatlar sayəsində malayziyalıların orta gəliri son on beş il ərzində təxmini 2,5 dəfə artmışdır. Yoxsulluq səviyyəsi orta dünya göstəricilərinə qədər enmişdir. İşsizlik və inflyasiya da inkişaf etməkdə olan dövlətlərlə müqayisədə daha aşağıdır.
Ölkə iqtisadiyyatının söykəndiyi əsas sənaye sahələri- kauçuk və palma yağının istehsalı, yüngül sənaye, elektronika, ağac emalı və meşəqərma, neft istehsal və emalı, kənd təsərrüfatı və turizimdir. Malayziyada biznes üçün daha gəlirli istiqamətlər turizm, elektronika, palma yağı, kauçuk və oduncaq mallarının ixracı hesab olunur.
Malayziyada ikiqat vergi tutulmasının qarşısını almaq üçün 60 – dan artıq müqavilə imzalamışdır, lakin onların təsiri yalnız Malayziya rezidentləri olan şirkətlərə tətbiq olunur.

Qeydiyyat proseduru:
Xarici şirkətlər yerli şirkətlərə daxil olmaqla və ya Malayziya şirkətləri Kommissiyasında (Suruhanjaya Syarikat Malaysia, SSM) qeydiyyatdan keçməklə Malayziyanın ərazisində sahibkarlıq fəaliyyətini icra edə bilərlər.
Fərdi müəssisənin qeydiyyatı üçün sənədlər e – Lodgement xidməti və ya bir pəncərə xidməti vasitəsi ilə Malayziya şirkətləri Kommissiyasına təqdim olunmalıdır. Biznes qeydiyyat formasını (forma A) doldurmaq vacibdir. Şirkət sahibkarın şəxsi adına və ya ticarət markasına qeydiyyata salına bilər. Yeni müəssisə sahibkarlıq fəaliyyətinin başlandığı dövrdən 30 gün müddətində qeydiyyata salınmalıdır.
Fərdi sahibkarın qeydiyyatı bir ildən beş ilədək həyata keçirilir. Qeydiyyat barəsində şəhadətnamə qeydiyyat haqqı ödəndikdən sonra bir saat ərzində verilir.
Fərdi sahibkarın qeydiyyatına görə ödəniş- ticarət markasının qeydiyyatına görə ödəniş (ildə 60 malayziya rinqqiti və ya təxminən 13 AZN), şəxsi ada ödəniş (ildə 30 malayziya rinqqiti və ya təxminən 7 AZN) və filiallara görə odənişdən (hər filiala görə ildə 5 malayziya rinqqiti və ya təxminən 1 AZN) ibarətdir. (09.02.2015-ci il tarixində AR Mərkəzi Bankı 1 malayziya rinqqitini 0,2202 AZN həcmində təyin edir).

Malayziyada xarici şirkətin qeydiyyat proseduru:
1. Şirkətin firma adının qeydiyyatı – 13A formasının (adın uyğunluğunun yoxlanması üçün sorğu) SSM – də doldurulması. Xidmət haqqı – 30 malayziya rinqqiti (təxminən 7 AZN).
Malayziyada qeydiyyatdan keçən xarici şirkətin adı onun mənbə dövlətdə qeydiyyatda olan adı ilə uyğun olmalıdır. Şirkət adlarında "Federal", "State", "National", "Chartered", "International", "Association", "Trust", "Union", "Royal", "Credit", "Bank", "Banking" sözlərinin və fəaliyyəti üçün lisenziya və ya icazənin alınması tələb olunan digər sözlərin istifadə olunmasına icazə verilmir.

2. Qeydiyyat üçün sənədlərin verilməsi. Qeydiyyat sənədləri şirkətin adı təsdiq olunan gündən etibarən üç ay müddətində SSM – ə təqdim olunmalıdır. Bütün sənədlər ingilis və ya da malayziya dilində doldurulmalıdır.
Şirkətin qeydiyyatı üçün SSM – ə təqdim edilməli olan qeydiyyat sənədlərinin siyahısına aşağıdakı sənədlər daxildir:
- Xarici şirkətin qeydiyyatı haqqında şəhadətnamənin təsdiq olunmuş surəti;
- Nizamnamə, memorandum, qərar və ya hüquqi şəxs statusunun hüquqlarını müəyyən edən digər sənədin təsdiq olunmuş surəti;
- Forma 79 (direktorlar və xüsusi bölmələrin dəyişdirilməsi barəsində məlumatlar);
- Şirkətə ünvanlanan istənilən xəbərdarlıqları şirkətin adından səlahiyyətli qəbul etmək üçün Malayziya rezidentinin (rezidentlərinin) təyinatı barəsində memorandum;
- Forma 80 (xarici şirkət agenti tərəfindən rəsmi təsdiqkənmiş ərizə);
- Əlavə sənədlər – forma 13А-nın əsli, xarici şirkət adının qeydiyyatı barəsində SSM məktubunun surəti.
Qeydiyyat haqqının həcmi nominal səhmdar kapitalından asılıdır. Şirkət səhmdar kapitalının həcmini müəyyən etmədiyi halda qeydiyyat haqqı SSM tərəfindən müəyyən olunmuş tarif - 1 000 rinqqit (220 AZN – dən bir az çox) həcmində ödənilir.

Biznes formaları

Fərdi müəssisə (Milik Tunggal). Fərdi sahibkar biznesini öz şəxsi adı və ya ticarət adı altında aparır. Sahibkar müəssisənin öhdəlikləri üzrə tam maddi məsuliyyət daşıyır. Fərdi müəssisənin qeydiyyata salınması hüququna yalnız 18 yaşdan yuxarı Malayziya vətəndaşı və ya rezidenti malikdir.

Partnyorluq (Perkongsian). Müəssisə iki və ya daha artıq şəxslərə məxsusdur. Partnyorların sayı 20 nəfərə kimi məhdudlaşdırılır. Sahibkarların şəxsi adlarından firma adı qismində istifadə olunması qadağandır.

Məhdud Məsuliyyətli Cəmiyyət (Perkongsian Liabiliti Terhad, PLT). Məhdud məsuliyyətli cəmiyyət özündə özəl şirkət və adi partnyorluq xüsusiyyətlərini billəşdirir. Adətən bu forma startaplar, kiçik və orta biznes tərəfindən seçilir. PLT təsisçilərinin məsuliyyətləri məhduddur. Cəmiyyətin istənilən borc və öhdəlikləri onun partnyorlarına deyil PLT aktivlərinin üzərinə düşür.

Məhdud məsuliyyətli şirkət (Sendirian Berhad, SDN BHD). Bu Malayziyada biznesin aparılması üzrə ən geniş yayılmış formasıdır. Şirkətin ən azı iki direktoru və katibi olmalıdır. Katib Malayziyanın rezidenti olmalıdır. Direktorlar Malayziyada yaşayış ünvanı olması şərti ilə xarici ola bilər. Şirkətin minimal kapitalı 2 rinqqitə (0,5 AZN) bərabərdir. Malayziya şirkətlərinin səhmdarları olmaq hüquqna fiziki və hüquqi şəxslər, Malayziyanın rezident və qeyri rezidentləri malikdir. Səhmdarların maksimum sayı 50 nəfərdən çox, minimum sayı isə iki nəfərdən az olmamalıdır. Aksiyaları üçüncü şəxslərə satmaq yalnız şirkət direktorlar Şurasının qərarı ilə mümkündür.

Səhmdar şirkət (Berhad, BHD). Səhmdar şirkətin Malayziya birjasında qeydiyyatdan keçmə hüququ və səhmlərini üçüncü tərəfə sərbəst satma imkanı var. Səhmdarların maksimal həcmi məhdudlaşdırılmır, ən az sayı isə 7 nəfər olmalıdır. Səhmdar şirkətinin təsis olunması üçün minimal kapital 20 000 000 rinqqit (təxminən 4,4 mln. AZN) təçkil edir. Kapital qeydiyyat zamanı tam ödənilməlidir.

Qeyri – məhdud məsuliyyətli şirkət (Syarikat Tidak Terhad). Qeyri – məhdud məsuliyyətli şirkətlərin təsisat müqaviləsində şirkət təsisşilərinin məhdudlaşdırılmamış məsuliyyətləri göstərilir.

Əgər gəlir mənbəyi Malayziyadadırsa və ya gəlir Malayziyada göstərilən fəaliyyətlərin nəticəsidirsə, istənilən hüquqi və fiziki şəxslərin gəlirindən vergi tutulur. Korporativ verginin tarifi 28% təşkil edir.
Malayziya Cənub – Şərqi Asiyada əlavə dəyər vergisini təyin etməmiş üç dövlətdən biridir. 2015 – ci ilin 1 aprel tarixindən satış vergisinin ƏDV ilə əvəz olunması planlaşdırılır. ƏDV – nin dəyəri 6 % həcmində müəyyən olunub. İmtiyazlı rejim maliyyə, daşınmaz əmlak, təhsil və tibb sahələrində olan xüsusi fəaliyyət növlərinə tətbiq olunacaq. Hal – hazırda satış üzrə ümumi vergi tarif i 10%, şərab – araq məmulatları üzrə 20%, siqaret üzrə isə - 25% təşkil edir.

Biznesin məhdudlaşdırılması
Malayziyada ticarət və turizm kimi sahələr üzrə biznesini idarə etmək istəyən xarici şirkət lisenziya almalıdır.

Dövlət barəsində faktlar

- Malaziyanın ərazisinə Brooks Brother's, Intel, BMW, Citroen, BASF kimi dünyaca məşhur şirkətlərin məhsulları istehsal olunur. Malayziya – elektronika və avtomobil ixracı üzrə liderlərdən biridir.
- Malaziyanın tərkibinə daxil olan Labuanın ərazisi ofşor mərkəzi kimi məşhurdur. Bütün ada – gömrüksüz ticarət zonasıdır. Burada dövriyyəyə görə vergi, əlavə gəlir vergisi, aksiz rüsumu, ixracat – idxalat yığımı tutulmur.
- Malayziya çox millətli dövlətdir. Ölkədə yerli əhali 50% təşkil edir, qalan hissə - çinlilər, hindlilər, fillipinlilər və bir çox digər etnik qruplardan ibarətdir. Əhali müxtəlif dialektlər və ləhcələr daxil olmaqla bir çox dillərdə danışır. Buna baxmayaraq bütün malayziyalılar malayziya və ingilis dilini başa düşürlər.
- İş münasibətlərində partnyorlar arasında inam və hörmətə böyük əhəmiyyət verilir. Malayziyada narazıçılığı nümayiş etmək üçün ümum qəbul olunmuş öz yerinə vasitəçi göndərərək birbaşa danışıq riskindən yayınmaq vasitəsindən istifadə olunur.
- Ənənəyə görə malayziyalı kişinin beş qadına qədər ilə ailə həyatı qurmaq hüququ var, lakin hər növbəti qadınla evlənməzdən əvvəl o, əvvəlki həyat yoldaşlarının razılığını almalıdır. Bir çox ştatlarda hökumət dörd həyat yoldaşı olan güclü cinsin nümayəndələrinə bəzi şərtlərlə maddi yardım təşkil edir . Misal üçün əgər qadınlar arasında iki dul və ya tənha ana varsa.