Keçən yazıda biz WordPress.com-da saytı yaratmışdıq. İndi isə zövqünüzə uyğun saytın dizaynını düzəlmək lazımdır.
Addıml №1. Mövzunu seç
İlk növbədə bunun üçün siz mövzunu seçməlisiniz.
Sonra sizdə mövzu seçimi paneli açılacaq. Daha rahat seçim üçün “Daha çox” düyməsini tıklayın
WordPress.com Sizə pulsuz mövzuların böyük seçimini təklif edir. Buradan Siz həm bloqunuzun istiqamətinə, rənginə və digər özəl parametrlərə görə mövzunu seçə bilərsiniz.
Seçdiyiniz mövzunuz üstündən tıklayandan sonra onun haqqında məlumatı, üstünlükləri, parametrləri və görünüşü açılır. Siz həm onu aktivləşdirmək və ya demo versiyasına baxmaq olar.
Addım №2. Saytını özəlləşdir
Mövzunu aktivləşdirəndən sonra bloqunuz (saytınız) mövzudan asılı olaraq aşağıdakı görünüşü alır. Etiraf edin ki, bu sizin gözlədiyiniz nəticə deyil.
Demoda göstərildiyi nəticəni almaq üçün siz saytınızı özəlləşdirməlisiniz. Bunun üçün yuxarı sol küncündə “Mənim saytım”a daxil olaraq “Özəlləşdir düyməsini” tıklamaq lazımdır.
Yeni paneldə siz artıq istədiyiniz qədər (pulsuz planın imkanları daxilində) öz mövzunuza dizayn edə bilərsiniz. Burada siz artıq başlığı, menyuları, vidcetləri dəyişə bilərsiniz. Lakin, özəl dizayn (arxa fonun rəngləri) və şriftləri siz yalnız ödənişli planda dəyişə bilərsiniz. Qeyd etmək istəyirəm ki, seçdiyim “Pique” mövzusu kafe və yemək bloqları üçün çox gözəldir.
Bu dəfəlik bu qədər. Növbəti dərsdə mən sizə postları necə yazıb dərc etməyi göstərəcəyəm. Əlavə suallarınızı şərhlərdə, mənim Facebook hesabıma və ya samirkerimbala@email.com email ünvanına yaza bilərsiniz.
İşlərinizdə uğurlar!
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com/