Bloqu açdıq, dizaynı düzəltdik. İndi isə ilk postu yazıb yerləşdirmək lazımdır.
Addım №1. Redaktora daxil ol
Yazı redaktoruna keçmək üçün siz “Mənim saytım” panelində “Bloq Yazısıları əlavə et” düyməsini tıklamalısınız.
Addım №2. Mətn və başlığı əlavə et
Redaktora daxil olduqdan sonra sizdə mətni yazmaq üçün səhifə açılır. Redaktor sizin bloqunuzun ürək və beynidir. Nə qədər çox yazılara, başlıqlara və mətnin tərtibına önəm versəniz, o qədər bloqunuz populyar və sevilən olacaq. Tərtibatın dərinliklərinə mən girmək istəmirəm. Ona görə ancaq ən əsas məqamlara toxunacağam. İlk növbədə mətni və başlığı əlavə edək.
Addım №3. Mətni redaktə et
Mətni yazandan sonra, onun gözəl görünüşü üçün, əlbəttə onu redaktə etmək lazımdır. WordPress redaktorunun asan interfeysi (Microsoft Word-u bilənlər üçün lap asan olacaq) Sizə çox rahat şəkildə onu redaktə etməyə imkan verəcək. İlk olaraq Siz bütün alətləri açmalısınız. Bunun üçün “Toggle Advanced” düyməsinə tıklayın.
1. Şrift
Mətninizin daha cəlbedici, daha maraqlı olması üçün Siz şriftlə “oynamalısınız”
2. Media
Siz həmçinin müxtəlif mediafaylları yerləşdirə bilərsiniz. Redaktorun sol yuxarı küncündə”Media əlavə et” alətini açın və öz kompyuterinizdən sənəd və ya şəkli yükləyin.
Siz həmçinin Youtube-dan birbaşa videonu yükləyə bilərsiniz. Bunun sadəcə linkini mətninizə copy-past etmək lazımdır.
3. Hyperlink
Hansısa mənbəyə, sayta və ya bloqunuzun digər yazılarınıza istinad etmək və ya keçid vermək istəyirsinizsə hyperlink-dən istifadə etmək lazımıdr. Sözü və ya cümləni seçin, və keçid vermək istədiyiniz mənbənin linkini oraya copy-past edin. Hyperlink-in yeni pəncərə açılması üçün xüsusi qeydi işarəliyin.
4. Digər alətlər
Sizi çox yükləməmək üçün bütün alətləri mən yazmaq istəmirəm. Markalamaq, sıralamaq, sitat əlavə etmək, geriyə qayıtmaq və digər maraqlı alətləri özünüz də tapa bilərsiniz.
Beləliklə, yazı hazırdı (mənim yox, sizin :) ). Onu paylaşamaqdan qabaq, əvvəlcədən ona baxmaq lazımdır. “Ön izləmə” düyməsinə tıklayaraq bunu edə bilərsiniz. WordPress bloqları “by default” bütün cihazlar üçün adaptasiya olunublar. Ona görə yazınızın bütün cihazlarda (desktop, planşet, smartfon) necə görsənəcəyini baxa bilərsiniz.
Hər şey OK? Onda ilk yazınızı paylaşın!
İndi düzəltdiyim mətni isə kerimovsamirblog.wordpress.com saytında baxa bilərsiniz. Maraqlı bir şey yoxdur, sadəcə məlumat üçün verdim :)
Növbəti dərsdə bloqunuzun admin panelinə necə keçmək (fokus olacaq) və statistikaya necə baxmasını göstərəcəyəm.
İşlərinizdə uğurlar!
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com/