Alimlərin 4 ildir üzərində çalışdığı yeni “Li Fi” texnologiyası “Wi Fi”ın alternativinə çevrilərək ondan 100 dəfə sürətli ola bilər.
“Mashable” portalına istinadən verdiyi məlumata görə, “Li Fi” informasiyanı led işıq diodları vasitəsilə ötürür. Bu diodlar nanosaniyə ərzində işarır ki, bu da insan gözü üçün onu görünməz edir. 2011-ci ildə alimlər 224 Gb/saniyə kimi heyrətləndirici sürətə nail olublar. Lakin ev şəraitində çox iri qurğulardan istifadə etmədən “Li Fi” yalnız 1 Gb/saniyə sürət ötürə bilir.
“Wi Fi”dan fərqli olaraq, “Li Fi” divarın arasından siqnal ötürə bilmir. Bu, eyni zamanda şəbəkəni kənar müdaxilədən xilas edən faktordur. Led işıq diodlarından istifadənin hesabına gələcəkdə “Li Fi” eyni anda iki funksiya yerinə yetirəcək: həm otağı işıqlandıracaq, həm də elektron cihazları internetlə təmin edəcək.
Mənbə: http://ikt.lent.az/