WOMM ?

WOMM ?
873

Bu yazımda WOMM-in nə olduğunu. Bizə nə kimi fayda verə biləcəyindən bəhs edəcəm.İlk öncə WOMM-in açılışını qeyd edim.

WOMM ( World-of-Mouth-Marketing )

Yəni Ağızdan ağıza marketinq. Bu marketinq növü ən effektli olanıdır demək mümkündür.Amma bunu yaratmaq çox çətindir. Biz məhsulumuzu satmaq üçün müxtəlif marketinq strategiyası, marketinq planı və s çalışıb hazırlayırırq. Hər şey məhsulu istehsal edib bitirməklə başa çatmır. İnsannlar öz ehtiyaclarını ödəyə biləcək, minimum xərclə, maksimum keyfiyəti olan və onlara zaman qazandıra biləcək məhsul axtarırlar. Bizdə məhz insanların bu tələblərinə cavab verəcək məhsul çıxarmalıyıq bazara. Məhsulu reklam etmək üçün çox şey var. Məsələn : SMM, TV reklamı, çöl reklamları və s Bununlada artıq potensial müştərilər bizim də bazarda olduğmuzu bilirlər və onların bir hissəsi bizdən məhsul almaq üçün mağazamıza və ya şirkətimizə gəlirlər.Artıq burda WOMM yaranmağa başlayır. WOMM-ni yaradan amillər 3 yerə bölünür :

  • Satıcı
  • Xidmət
  • Məhsul

Satıcı - İşin çox hissəsi Satıcının üzərinə düşür. Satıcı ya uğurla məhsulu satacaq, ya da ki məhsulu sata bilməyəcək. Satıcı dırnağ arası Satıcıdırsa işiniz sual altındadır. Amma profesional Satıcıdırsa heç bir problem yoxdur. Satıcı müştərini inandırmalı və məhsulun ona verəcəyi faydaları ona bildirməlidir.

Xidmət - Müştəri mağazaya daxil olduqdan etibarən o mağazadakı xidmət səviyyəsini görür. Bu isə məhsula baxmamış ilk fikirləri yaradır və bu fikirlər məhsul alışına ciddi təsir göstərir.

Məhsul - Məhsulun keyfiyyəti, qiyməti, nə qədər problemin öhdəsindən gəldiyi müştəri üçün çox önəmlidir.

Bunlar WOMM-ni yaradan amillərdir. Bu amillərin verdiyi nəticəyə görə WOMM 2 cür formalaşır :

  • Pis WOMM
  • Yaxşı WOMM

Əgər müştəri xidməti bəyənməzsə və məhsuldan razı qalmazsa pis WOMM yaratmış olarıq.Müştərilər bizim əsas və ən güclü PR mənbəyimizdir. Biz maksimum dərəcədə yüksək xidmətlə, yüksək keyfiyyətli məhsul və sərfəli qiymətlə müştərini məmnun edərək satışı reallaşdırsaq yaxşı WOMM yaranar.
Bəs müştərilər bu WOMM-ni necə həyata keçirir ?

Müştəri yüksək mənunluqla mağazadan ayrıldıqa artıq biz ona xoş təsürat bəxş etmiş oluruq. Bununlada biz müştərinin yaddaşında qalırıq.Daha sonra isə müştəri bizim haqqəmızda dostlarına danışır, onun ətrafındakı insanlar bizim məhsullardan axtaranda bizi məsləhət görür.Bununla da satışımız sürətlə artır və brendimizi sürətlə formalaşdırır.Yox əgər müştəri bizdən narazı qalıbsa o artıq bizim haqqımızda pis məlumatlar yayır.Bu isə satışları azladır və brendi uçuruma aparır.Narazı qalan müştəri məmnun müşətidən 10 dəfə artıq məlumat yayır.Həm ətrafına danışır həm sosial şəbəkədə paylaşır və müştərilərin bizə etibarını azaldır.Bunun üçün də hər şeyi ən yüksək səviyyədə etməliyik ki müştərilərimiz məmnun qalsın və yaxşı WOMM həyata keçirsin.

Bu yazım da bura qədər. Oxuduğunuz üçün təşəkkürlər :)

P.S Əla xidmət göstərin ki reklama ehtiyacınız olmasın. Reklamınızı müştərilər sizin yerinizə edər.

Mənbə: https://agayevilkin.blogspot.com/