Uşaqları necə xoşbəxt böyütmək olar

Yaponiyalı Masar İbuka- hərtərəfli və çox istedadlı insan. Ciddi ticarətçi və Sony şirkətinin yaradıcılarından biri. O, uşaq psixologiyası və pedaqogikası ilə dərindən məşğul olub və “Üç yaşdan sonra gecdi” adlı uşaqların erkən inkişafının unikal metodikasını yaratmışdır.

O həmişə qeyd edirdi ki, körpəni gələcəkdə məhz vunderkind olması üçün inkişaf etdirmək düzgün deyil. O yazır:  “ Erkən inkişafın əsas məqsədi – xöşbəxt uşaqlar yetişdirməkdir. Uşağa gözəl musiqiyə qulaq asmağa imkan yaratmaqda və xarici dil öyrətməkdə məqsəd onun dilçi və ya musiqiçi olacağı üçün deyil. Əsas olan dünyaya və uşağın həyatına daha çox sevinc bəxş etmək üçün onun sərhədsiz imkanlarını inkişaf etdirməkdir”.

Masaru İbukanın “Üç yaşdan sonra gecdi” kitabından uşaqların tərbiyəsilə əlaqəli əsas məsləhətləri sizə təqdim edirik. Bu fikirlər öz dövrü üçün yenilikçi olsa da, bu gün övladlarını sevən və qayğıkeş valideynlərin davranış normasına çevrilib.

Masaru İbukanın əsas məsləhətləri

  • Körpəlikdən uşağı bəşəriyyətin ən yaxşı nailiyyətləri ilə əhatə edin. Birlikdə  klasik musiqi dinləyin, bədii ədəbiyyat oxuyun, övladınızı incəsənət əsərlər ilə tanış edin.
  • Uşağınızı tez-tez əlinizə alın. Toxunulmaqla duyulan ünsiyyət uşağın zehni inkişafında böyük rol oynayır.
  • Uşaqla uşaq dilində danışmayın. Doğulandan uşağınızla böyüklərin dilində danışın.
  • Uşağınızla hərgün məşğul olun. Hətta gündə bir dəfə də olsa uşaqla məşğul olmaq gözəl nəticələrə gətirir.
  • Uşağın yanında mübahisə etməyin. Sizin körpəniz neqativ və həyəcanı böyük həssalıqla hiss edir.
  • Körpənizə sizin yatağınızda yatmasına icazə verin. Birgə yuxu uşağın inkişafına müsbət təsir göstərir.
  • Onun digər uşaqlarla ünsiyyət istəyini rəğbətləndirin. Bu uşağın zehnini, rəqabət qabiliyyətini, birinci olma həvəsini inkişaf etdirir.
  • Uşağa öz maraqlarını müdafiə etməyi və hətta mübahisə etməyi qadağan etməyin. Mübahisələr ünsiyyət bacarıqlarını inkişaf etdirir.
  • Uşağınıza sərhəd qoymayın. Uşaq əlləri ilə etdikləri onun intelektini və yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
  • Tərif və tənqidi ehtiyyatla edin. Edtiklərinə görə tərif edin, əsasən də oğlanları, nadir hallarda isə tənqid edin.
  • Uşağı sizin öz “pis” və “yaxşı”larınızı qəbul etməyə məcbur etməyin. İcazə verin uşaq sizin köməyinizlə həyat təcrübəsi qazansın və bunu özü müqayisə edə bilsin.
  • Uşağınızda nəyəsə həvəs yaradın və bunu dəstəkləyin. Bunun üçün zəruri şərait yaradın.
  • Keçilmiş materialları təkrar edin. Bu uşağın beynində düzgün sxemlər yaradır.
  • Uşağa tək ana deyil, həm də ata lazımdır. Uşaq və ata arasındakı ünsiyyətdə heç bir məhdudiyyət olmamalıdır.
  • Uşaqların fantaziyalarını mənasız saymayın. Uşağın fantaziyaları və xəyal qurmağı onun yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
  • Uşaqla şəxsi əşyanız kimi davranmayın. Bu belə deyil. Üstəlik bu uşağın öz gücünə inanmamasına səbəb ola bilər.
  • Uşağın toxunma qabiliyyətini inkişaf etdirin. Uşağın müxtəlif materiallardan olan əşyalara - yumşaq, sərt, ağır və yüngül, hamar, kobud -  toxunmasına şərait yaradın.
  • Uşağa istədiyi hər şeyi almayın. Oyuncaqların ifrat çox olması onun fikrini dağıdacaq və nəticədə ona öyrənmək çətin olacaq.
  • Uşağınıza detallardan olan oyuncaq təklif edin. O detalları yığmaqdan böyük həzz alacaq. Hazır oyuncaqlar barəsində isə bunu demək mümkün deyil.
  • Onda kiçik motorikanı inkişaf etdirin - lepkalarla, aplikasiyalarla, fiqurları kəsib yapışdırmaqla. Məlum olduğu kimi “uşağın ağlı onun barmaq uclarındadır”.
  • Uşaqla piyada gəzin. Gəzinti 639 əzələnin 400-ünə təsir etdiyinə görə çox xeyirlidir.
  • Uşaq hər hansı bir şeylə məşğul olanda nəticəyə çox da önəm verməyin. Onun üçün vacib olan nəticə yox, prosesdir. İcazə verin istədiyi qədər işləsin.
  • Uşağın iradəsini sındırmayın. İstəmədiyi bir şeyə məcbur etməklə siz onun özgüvənini zədələyirsiz.
  • Uşağınızı qeyri-standart təfəkkürə stimullaşdırın. Standartlar standart insanlar yetişdirir.
  • Uşağı tərbiyə etmədən öncə valideyinləri tərbiyə etmək lazımdır, yəniki özünüzü.

Sonda Masaru İbukadan çox gözəl bir sitat:

“Uşaq üçün ən yaxşı tərbiyə - ana sevgisidir. Valideyinlər üçün ən vacib məşğuliyyət – uşaq tərbiyəsidir. Əgər onlar bununla razı deyilsə bəs niyə dünyaya  uşaq gətirirlər.”

Mənbə: http://www.adme.ru