Unut, fikirləş, planla, tətbiq et
Bəzən beynimiz o qədər dolu olur ki başqa bir şey planlaya və o planlara uyğun fəaliyyət göstərə bilmirik. Bunun üçün də heçnə fikirləşə bilmirik və bu da bizdə uzun vaxt itkisinə səbəb olur. Davamlı olaraq öz yerimizdə addımlayırıq. Ancaq bu belə getməz! İnkişaf etmək istəyiriksə, daha yaxşı dəyər ortaya qoymaq istəyiriksə hər şeyi yenidən başlamağı bacarmalıyıq. Bunun üçün biz nə edə bilərik?
- Unutmaq lazımdır: Bir müddətlik etdiyimiz və bundan öncə etməkdə olduğumuz fəaliyyətlərin hamısını unutmaq lazımdır. Daha keyfiyyətli işlər üçün bu vacibdir. "Daha yaxşısını necə edə bilərik?" sualına cavabı bu zaman daha yaxşı tapa bilərik.
- Fikirləşmək lazımdır: Yeni bir cığır cızmaq üçün fikirləşməliyik. Hansı ki bu cığır bizi uğurlu yollara aparacaq. Yaşından və sahəsindən aslı olmayaraq hər bir kəs üçün indi olduğundan daha uğurlu yollar var. Məhz hər kəs bunu fikirləşməlidir. Daha uğurlu işlər üçün daha nələr etməliyəm.
- Planlamaq lazımdır: Fikirləşdiklərimizi yazmaq, hədəflədiklərimizi isə planlamaq gərəklidir. Ən uyğun yol ilə o hədəflərimizə necə gedib çata biləcəyimizi doğru şəkildə planlamalıyıq.
- Tətbiq etmək lazımdır: Bura qədər işin sadecə 25 % hissəsidir. Əsas 75 %-lik hissə isə tətbiq etmənin üzərinə düşür. Bu mərhələdə çox iradəli olmalıyıq ki planları doğru şəkildə, doğru zamanda yerinə yetirə bilək və hədəflərimizə çataq.
Müəllif: Cavid Abasov
Mənbə: http://cavidabasov.blogspot.com/