Uğurumuz hədəfimiz qədərdir

Uğurumuz hədəfimiz qədərdir
638

Dünyanın harasında, hansı ölkədə, hansı şəhərdə olmağınızın fərqi yoxdur. Kimisi dərslərə qatılır, kimisi standart işlərlə məşğul olur, kim isə ərindiyindən heç evdəndə çıxmır. Kimlərsə gecələr bazarlarda, kimlərsə isti evində kofe içərək dünya birjasını saniyə bə saniyə izləməkdə, kimlər kiçik dükanlarında kiçik müştəri kütləsinin ehtiyaclarını qarşılamaqda, kimlərsə şəbəkə marketlərdə, butiklərdə işləyərək zamnını keçirməkdədir.

Hər şey əslində normal görsənir. Birdə bir qrup insanlar var axşamdan sabaha edəcəkləri planlarını qurarlar, özlərini müəyyən qədər sistemləşdirməyə çalışarlar. Çünkü onların qarşısında hədəflər var. Bu hədəflər doğrultusunda illik aylıq, günlük planlar işləyiblər. Əslində uğur ilə hədəf mütənasibliyi var. Nə qədər hədəflər böyük və geniş olarsa uğurda o doğrultuda olacaqdır. Əlbətdəki getdiyiniz yolda sizin qarşınıza maniələrdə çıxa bilər şanslarda çıxa bilər. Əsas odurkı səbr və əzmlə bu maniələri aradan qaldırasınız, düzgün şəkildə şansları dəyərləndirəsiniz. Hər zaman beyninizin bir qırağında hədəf olmalıdır. Bunun üçün yazı dəftərçəniz yanınızda olmalıdır. Gündəlik qeydlər aparmalısınız.

Və hər gün üçün hər həftə üçün yazdığınız planlara maksimum şəkildə əməl etməlisiniz . Çünki sizi hədəfə bu xırda görsənən, ama funksiyası böyük olan gündəlik planlar aparacaqdır. Atalar sözündə olduğu kimi "Dama dama göl olar." Ona görədə hər zaman hədəfə çatmaq üçün, uğur qazanmaq üçün səy göstərin. Böyüklərlə məsləhətləşir, ama kimin sizin barədə nə düşündüyünə fikir verməyin, əsas odurki özünüz ne etdiyiniz yaxşı bilirsiniz. Hədəflərinizi hər zaman yüksək götürməyiniz lazımdır. Ama diqqət edinki hədəfiniz əlçatmaz olmasın.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com