Uğurlu sahibkarlar üçün 7 yuxu vərdişi

Uğurlu sahibkarlar üçün 7 yuxu vərdişi
2482

Hamımız yuxusuzluğun bizim səhhətimizə necə zərərli olduğunu yaxşı bilirik.Yuxusuzluq-əhvala təsir edir, psixi pozğunluğa gətirib çıxarır, ürək-damar xəstəlikləri, immun çatışmazlığı yaradır. Bütün günü şirkətdə olan, uzun müddət kompyuter arxasında iş vaxtını sərf edən sahibkarlar bu kimi problemlərlə daha çox rastlaşırlar. Avropa psixoloqlarının gəldiyi rəyə əsasən gündəlik 7-8 saatlıq yuxu yatan sahibkarların uğuru daha çox olur.Yuxu bizim qərarvermə qabiliyyətimizi tənzimləyir, yaddaşımızı möhkəmləndirir, vaxtında problemə reaksiyavermə qabiliyyətimizə təsir edir.

Odur ki, uğurlu biznes yoluna aparan 7 yuxu vərdişlərini sizə təqdim edirik:
1. Yatmamışdan əvvəl spirtli içki qəbul etməyin.İçki qəbul etdikdən sonra siz tez yuxuya gedə bilərsiz, amma bu sizin yuxulama qabiliyyətinizə zərər vura bilər, belə ki, siz tez yatsanız da bu yüngül yuxu olacaq, yəni dərin yuxuya gedə bilməyəcəksiniz. Alkoqolun təsirindən gecə yarısı tez-tez yuxudan oyanacaqsınız. Spirt metobolizmi bədəndə qaldığı sürəcdə, yəni təxmini 4 saatdan sonra yuxudan oyanıb yata bilməyəcəksiniz.

2. Yatmazdan əvvəl elektronik avadanlıqları söndürün: Yatmazdan 1 saat əvvəl telefon, İpad, notbuklarınızı söndürün. Əks halda ətrafa yayılan işıqlar sizin neyromediatorlarınızı çoxaldaraq yuxuya getməyinizi əngəlləyəcək. Həmçinin bu ləvazimatlar beyninizin dincəlməli olduğu bir vaxtda fikrinizi yayındıracaq.

3. Narahatlıqlarınızı qeyd edin: Belə ki, əgər gecələr yatağa girən kimi gün ərzində başverənlər sizi stresə salırsa, dərhal qələm dəftər götürüb ağlınıza gələn fikiriləri yazın.Bununla da siz beyninizdə olan yükləmələri kağız vərəqinə axıtmış olursuz ki, bu da sizin rahat yuxuya getməyinizə müsbət təsir edəcəkdir.

4. Özünüzə mükəmməl yuxu mühiti yaradın: Bədən tempraturunuza uyğun –sərin və ya bir az isti, sakit və qaranlıq mühit yaradın otaqda.Yatmazdan işıq saçan və ya səs salan smartfonlarınızı ya söndürün ya da səsini azaldın, otağınız xaricindən içəri düşə biləcək işığın qarşısını alın və otağı hərarətli saxlamaqdan boyun qaçırın.

5. İdman: Yatmazdan öncə idman etməklə bədəninizdəki serotonini və dopamini kənar edərək sağlam yuxuya gedə bilərsiz.

6. Yatmazdan əvvəl şəkərli qəlyanaltılardan çəkinin. Əgər yatmazdan əvvəl ürəyiniz nəsə qəlyanaltı çəkirsə, o zaman şəkər və ya nişastalı qidaların əvəzinə, bir qatıq, yoqurt qəbul edə bilərsiz. Həmçinin tərkibində az miqdarda zülallı qida da məsləhətdir. Belə ki, zülalın tərkibində qliseminin səviyyəsi az olduğundan gecə sizi narahat etməyəcək. Əgər karbohidratın və şəkərin bol olduğu qida qəbul etsəniz bədəninizdə enerji partlayışı olacaq və sizdə yuxu narahatlığı yaradacaq.

7. Hava işıqlanana qədər oyanın. Səhər yuxusu da, gecə yuxusu kimi çox vacibdir. Günəş işığı alaraq, siz bədən ritmnizi təmin edirsiniz və gecəki yorğunluğu çıxartmış olursunuz. Səhər qəhvənizi böyük pəncərə qarşısına keçərək gününüzün necə başladığını ləzzətlə seyr edə bilərsiz.

Əziz sahibkarlar! Siz bu vərdişlərə riayət etməklə uğurlu karyeranızda daha da inamlı addımlaya bilərsiniz. Yaxşı yuxu sağlam bədəndir. Necə deyərlər sağlam bədəndə sağlam ruh. Uğurlar!