''Twitter''də yazı məhdudiyyəti aradan qalxır

“Twitter” sosial şəbəkəsi qeydlər üçün işarələrin sayını artırmağı planlaşdırır.“Re/code” saytı bu barədə məlumat yayıb.Məlumatda bildirilir ki, “Twitter” hazırda mövcud olan 140 işarə məhdudiyyətini aradan qaldıracaq və limit 10 min işarəyə yüksəldiləcək. Aprelin sonu, mayın əvvəllərinə nəzərdə tutulan bu yeniliklə birlikdə başqa yeniliklərin də olacağı xəbər verilir.

Şirkət hələlik bu barədə rəsmi açıqlama yaymasa da, baş direktor Cek Dorsi (Jack Dorsey) yeniliklərin siqnalını verib. O, yazdığı 1325 işarəlik qeydin görüntüsünü özünün “Twitter” səhifəsindən paylaşıb. C. Dorsi deyib ki, apardıqları araşdırmalarda bir çox istifadəçinin məhdudiyyəti aşmaq üçün uzun mətnlərin ekran görüntüsünü foto kimi paylaşdığını müəyyən ediblər. Bu səbəblə, foto yerinə elə mətnin özünün paylaşılmasının daha doğru olacağı qənaətinə gəliblər. Dorsi yol verilən yazı işarəsinin sayının 10 minə çatdırılacağı barədə xəbəri nə təsdiq, nə də inkar edib.

Mənbə: http://ikt.lent.az/