Twitter yenilik etdi

Twitter yenilik etdi
757

Twitter sosial şəbəkəsinin istifadəçiləri bundan sonra tvitlərini izləmədikləri insanlara da birbaşa mesaj yaza biləcəklər.

Twitter öz qaydalarında müəyyən dəyişikliklər edib. Bunlardan ən önəmlisi biri-birini izləməyən istifadəçilərin artıq mesajlaşma imkanına malik olmalarıdır.
Qeyd edək ki, bununla yanaşı, istifadəçilər ünsiyyət qurmaq istəmədikləri şəxsləri əngəlləmə haqqına da sahib ola biləcəklər. Twitter sosial şəbəkəsinin reklam gəlirlərini artırmaq üçün atdığı bu addımı indidən müəyyən tənqidlərlə üzləşdiyi bildirilir.

Mənbə: http://www.buro247.az/media/internet/twitter-yenilik-etdi.html