Hər birimiz ən azından bir dəfə ad günü təşkil etmiş və ya işimizlə bağlı 5 və ya 5 min nəfərlik bir tədbir həyata keçirmişik. Tədbirin hazırlığı etiraf edək ki, daha həyəcanlı və gərgin olur. Tədbirə az qalmış gərginlik artır, artır və tədbirin sonunda həyəcan demək olar ki, çıxıb gedir. Yenə də insandan insana hisslərin bu cür dinamikasında fərq ola bilər. Yekunda həyəcanın azalmasına gətirib çıxaran məsələlərə də özünütənqid, ‘daha yaxşı ola bilərdi’ tipli özünü qınamalar liderlik edir. Səhvlərdən öyrənmək üçün bu da lazımdır, amma realist olub, mükəmməlikdən bir balaca kənarlaşıb tədbirin uğurlarından zövq almaq haqqımızdır. Bunun üçün isə növbəti məsələlərə tədbirdən öncə və tədbir zamanı nəzər yetirmək tövsiyyə olunur:
Planlaşdırmaq
Planlaşmanı xoşlamayanlar bu bəndi oxumadan o biri bəndə keçə bilər. Amma ki, plansız tədbir sizin vaxtınıza da, pulunuza da, əsəblərinizə də, qısası resurslarınıza qənim kəsiləcək. Planınızın 100 səhifə olması və ya hər bir detalın xırda-xırda yazılması vacib deyil, əsas odur ki, 1 səhifəlik olsa da yol planınız yazılsın, elementlər göz qabağında olsun. Onsuzda işin icrasına keçdikdə plan da dəyişəcək, əlavələr də olacaq. Amma planlı iş tədbirə qədər beyninizin potensialının başqa vacib məsələlərə də tam gücü ilə ayrılmasına imkan verəcək. ‘Mən bir də nəyi edəcəkdim’lər də minimuma enəcək. Həmçinin plan sizə tədbirdən olan gözləntiləri müəyyən etməyə imkan verir ki, sonda bu da nə dərəcədə müvəffəq olmanızı qiymətləndirməyə imkan verir.
Mükəmməlikdən bir qədər uzaq olmaq
Ağıllı fikirləşənə qədər ‘dəli’ tədbiri keçirib qurtardı. Təcrübəmdə işini çox gözəl bilən, savadlı insanlar arasında özünə əmin olmayan şəxslər var ki, sırf bu da onların hər bir işə mükəmməl yanaşmaqları ilə bağlıdır. Belə şəxslər hər hansı bir işə başlayanda ‘birdən mükəmməl olmaz’ prinsipi ilə yanaşıb xırda detallarda itib batırlar. Əgər bütün işi mükəmməl görə biləcəksənsə burada pis heç nə yoxdur demək olar. Amma tədbir varsa onun hansısa bir çatışmayan cəhəti də olacaq. Həm də ki, mükəmməllik axtaran şəxs tədbirdəki xırda bir uğursuzluğa görə ümumi tədbirdən məmnun qala bilmir.
Güclü tərəfləri önə çəkmək
Tədbirə çoxazqalmış, bu çatmır, onuetmədim, bu çoxpisalındı deyib ümumiişinkeyfiyyətinə cidditəsiredə bilərik. Əsasodurki, müxtəlifkomponentlər üzrə qiymətləndirmə aparıbgüclü olantərəfləridüzgünistifadə edə biləsiniz. Məsələn, restorandaqabaqcadan ürəyinizcə olanmasasifariş edə bilməyibsinizsə, adgününüzə toplaşandostlarınızınrestoranınbirküncünə yığışmasınabaxmayaraq dadlı yeməklərdən və gözəl musiqidən zövq ala bilməsinə nail olmaq ki mümkündür.Sizmənimcanım, bağışlayınyerdə yaxşı olmadı deyibsıxılmaqlazımdeyil.
İcradan nəzarətə keçmək
Tədbirlərdə təşkilatçılarıncanfəşanlığı çoxyüksəkqiymətləndirilir. Ammaki, qonağastulgətirənvə yarestorandan çölə çıxıbtortugətirənadamı qarşılayan şəxsinonunhaqqındadeyilənarzularasadəcə qulaqasmadan ‘varolun’ deməyə gücü çatır. Tədbirlərdə təşkilatçılarqabaqcadantərtibedilmiş nəzarətmexanizmləriilə elementləridigərlərininiştirakı ilə işlətməyibacarmalıdır. Güclü tərəfləri önə çəkməklə bağlı dediyimizə qüvvət, hansısabirxırdaelementə fokusolubonuicraetməklə, tədbiranı yaşanabiləcəkböyükhadisələrdənxəbərsizolmaq ‘eventmanager’-ə yaraşmaz. Qısası tədbirinizi yaşamaq lazımdır.
Deadline da ki öz yerində
Əslində istəniləntədbirinfəaliyyətelementlərində gecikmələrolur. Düz ölç lap 1 milyonbiç. İşinicrası plandakı kimiolmur. Xüsusəndə ki, tədbirə çoxazqalmış müxtəlifistiqamətlər üzrə gecikmələrvarsa, onda əhval əməlli-başlı korlanır. Nəzərə alsaqki, çoxumuz üçündeadline, əslində işitəhvilverəcəyimiztarixə hələ birneçə günqalıbanlamınagəlirsə. Buradasizə və özümə birtövsiyyəmvar. Deadline-ı olanhərbirişideadline-a 2-3 günqalmış yekunlaşdırmaq. Amma prosesləri qabaqlamışıq deyib qazanılmış günləri heç bir halda boşa vermək olmaz! Ad gününə qayıtsaq, əgər atanıza portret hədiyyə etmək istəyirsinizsə rəssamdan son işi ad günündən 1 gün qabaq yox, 3 gün qabaq alın.
Hələ ki, yuxarıdakı məsələlərlə bağlı qeydlərimizi etdik. Siyahı arta da bilər. Əsas odur ki, tədbirimizə söz ola bilməz deyib arxayınlaşmaq olmaz. İstənilən halda tədbirinizə hər hansı bir neqativ söz belə varsa hansı səhv(lər)in olduğunu öyrənib faydalanın. Çünki növbəti tədbirinizdə ən azı bu səhv(lər)i buraxmış olmayacaqsınız. Sizə xoş tədbirlər!
Müəllif: İlham Ali Yusif