Stephen Hawking dəfələrlə bəşəriyyətin gələcəyi haqqında tutarlı arqumentlərə istinad edərək proqnozlar verir. Ən böyük və nisbətən dəhşətli proqnozlardan biri insanların özləri özlərinin növbəti 100 ildə məhv etməsidir. O fikirlərini sürətli proqresiv elmin və texnologiyanın inkişafı ilə əlaqələndirir. 2014-cü ildə BBC'ə müsahibə verərkən qeyd etmişdir ki, belə inkişaf yaxşıdır, amma yeni fikir və üsulların yaranması yanlış nəticələrə apara bilər. Məsələn təkmilləşdirilmiş nüvə silahları vasitəsilə nüvə müharibələri, qlobal istiləşmə.Qeyd etdiyimiz kimi bu birinci dəfə deyil ki, S.Hawking bu fikrini bizlərə çatdırır. 2014-cü ildə süni zəkanın insan irqinin sonunu gətirə biləcəyini demişdi.
S.Hawking futurist olmaqla yanaşı, bir çox məsələlərə optimist yanaşır. Bu problemə də optimist yanaşaraq qeyd edir ki, bu problemin öhdəsindən gələ bilərik. Bu problemlə bağlı 2 nəzəriyyə irəli sürür.
1. Baş verən sürətlə inkişafa nəzarət edərək insan nəzarətindən çıxma ehtimalı azaltmaq. Süni zəkanın inkişafına və təkmilləşdirilməsinə limit qoymaq lazımdır.
2. Əgər problemin qarşısı alınmırsa və baş verirsə, insan irqini xilas etmək üçün başqa planetə, xüsusilə Marsa köçmək lazımdır. Bir çoxlarına bu fikir gülməli gələ bilər, qeyd edək ki, söhbət 100 ildən sonrakı vaxtdan gedir. Keçmiş 30-40 il ərzində bu qədər inqilabı texnoloji dəyişiklik olduğunu nəzərə alsaq, bu fikir utopik görünmür.
Mənbə: http://technote.az/