Starbucks`ın Bakıya gəlişi sosial şəbəkələrdə kifayət qədər rəğbətlə və maraqla qarşılandı. Əslində deyə bilərəm ki, Azərbaycan qəhvə bazarı üçün kifayət qədər uğurlu giriş oldu. Tam fəaliyyətə açılmadan artıq böyük faizdə qəhvə sevərlər bu barədə məlumatlanmaqdan əlavə yerləşdiyi yerə qədər dəqiqliklə izlənilməyə alındı.
Starbucks`ın yer seçimi ilə bağlı məsələləri dünya miqyasında kifayət qədər uğurlu olduğu çoxumuza bəllidir. Bakıdakı yer seçiminin də nə qədər uğurlu olduğunu zamanla görə biləcəyik. Ayırca olaraq da şüarları da kifayət qədər gözəl səslənir (“Ən gözəl anlar biz birlikdə olarkən yaşanır”). Biraz qəhvənin tarixinə baxsaq dünyada kofe olaraq bilinir. Hərfi mənası isə “ehtiraslandıran içki” olaraq ərəbcədən tərcümə olunurmuş. Dünyada ilkini olaraq 1500-cü illərdən yayılmağa başlandığı bilinir. Hazırda isə 50-dən çox qəhvə növü mövcuddur. Ticarət dünyasında neftdən sonra 2-ci yerdə qəvhə dayanır.
Starbucks mağazalarının da ən tipik özəlliyi qəhvə çeşidləri və ən əsası qəhvə qoxusudur. Bunu təmin edən səbəblərdən biri hər 30 dəqiqədən br qəhvə çəkilməsidir ki, bu da özlüyündə ətrafa gözəl, xoş qoxu yayır. Bununla ətrafdakı insanların qoxu funksiyasını işə salaraq satışlarının bir hissəsini etmiş olurlar. Bir mənbədən oxuduğum məlumatda hətta ABŞ`da MC Donalds`larla rəqabətə girən Starbucks bu müddəti 24 dəqiqəyə qədər salmışdır. Hər mağazada 3 qəhvə aparatının olduğunu nəzərə alsaq bu ortalama hər 8 dəqiqədən bir edir və kifayət qədər gözəl nəticədir.
Dünyada illik qəhvə istehsalı hal-hazırda 8 milyard tondan çoxdur. Bu rəqəm 7 milyard olan zaman bunun 2%-ini təkcə Starbucks şəbəkələri (27 ölkədə fəaliyyət göstərir) alırdı. Bu isə Starbucks`ın əslində bazarda kifayət qədər yaxşı mövqeyi olduğunu göstərir.
Starbuck`dan tövsiyə alacağımız bir neçə nüans:
Əslində Azərbaycan bazarı üçün belə güclü rəqiblərin gəlməsi çox yaxşıdır. Durğun bazar heç zaman inkişafa meyilli olmur, ancaq bunun tam əksi olan qızğın və raqəbətli bir bazarın formalaşması kəmiyyət və keyfiyyətin daha da yaxşılaşmasında böyük rol oynayır. Ümid edirəm ki, Starbucks rəhbərliyi bu yazılara görə Azərbaycan Marketinq şəbəkəsinə yaxşı endirimlər edə bilər ki, daha çox yazaq. Axı bu həmçinin onların da xeyrinədir.
Müəllif: Azər İsmayılov