Sosial Media üçün 81 möhtəşəm ideya

Bütün marketoloqlar sosial media ilə tanıtımın faydasından xəbərdardırlar. Lakin, əksər mütəxəssislər Facebook, Instagram və Twitter-də nəyi və necə paylaşmaq lazım olduğunu bilmirlər. Bu məqalədə Siz SMM kampaniyalarınıza dəstək verən 81 ideya tapacaqsınız. Bəlkə sizin öz kontent ideyalarınız var?

  • Sitatlar. Məşhur insanların gülməli, ilham verici və ya motivasiyalı sitatları həmişə uğurlu olur.
  • Fikri tamamlayın. «Əgər mən milyoner olsaydım, …», — Auditoriyaya bu və digər fikirləri tamamlamağı təklif edin.
  • Sorğular. Facebook bir neçə dəqiqə ərzində sorğunu tərtib etməyə imkan verir.
  • Səhnəarxası şəkillər. İş başında olan əməkdaşların, məmnun müştərilərin və ya korpororativ tədbirlərdən şəkilləri dərc edin.
  • Statistika. Sizin sahənizə aid qrafik, diaqram və digər dataları paylaşın. Bu tip məlumatlara həmişə tələbat var.
  • Köhnə bloq yazılarınıza link. Maraqlı postları həmişə oxuyurlar.
  • Suallar. Auditoriyanıza sadə sualları verin.
  • Qonaq postlara link. Digər saytlarda olan məqalələrinizi öz abunəçilərinizə göstərin.
  • Brend şəkilləri. Üzərində sizin loqonuz olan şəkilləri post edin.
  • İnfoqrafika. Hazır və ya özünüz yaratdığınız infoqrafkanı paylaşın. (Dizayner olmayanlar üçün 5 dizayn saytı)
  • Məhsullarınızın şəkilləri. Instagram üçün daha uyğundur.
  • Məhsul və ya işinizə aid olmayan şəkillər. Lakin, onlar Sizin brendizin hisslərini ifadə etməlidirlər. Məsələn, Starbucks öz İnstagram profilində dostluq, yaxşı əhval ruhiyyə, istilik və digər pozitiv hisslər ilə assosiasiya olunan şəkilləri paylaşır.
  • Məhsulunuzun səhnəarxası şəkilləri. Məhsulunuzun istehsal və qablaşdırma zamanı şəkilləri yerləşdirin.
  • Mübahisəli bloq postuna link. İzləyiciləri cəlb etmək üçün mübahisədən yaxşı alət yoxdur.
  • Rəy. İzləyiciləri məhsul və ya xidmətiniz barədə rəy yazmağı xahiş edin.
  • Pinterest-dən repost. Bu sosial şəbəkədə Siz izləyicilərinizə maraqlı ola biləcək çoxlu şəkilləri tapa bilərsiniz.
  • Maraqlı resurslara link. Bu bloq, partnyorlarınızın saytı və ya xəbər saytı ola bilər.
  • Slideshare. Slideshare.net saytında öz təqdimatınızı yerləşdirib sosial media səhifənizdə paylaşın
  • Case Study. Case Study-lər standart bloq yazılarından daha cəlbedici olur.
  • Məsləhətlər. İzləyicilərinizlə sizin biznesinizə aid faydalı məsləhətləri verin.
  • İcmal. Abunəçiləri məhsul və ya xidmətiniz barədə icmal və ya resenziyanı yazmağı xahiş edin. Ən aktiv olanları mükafatlandırın.
  • Fan fotoları. Facebook və ya İnstagram-da izləyicilərinizin biznesinizə aid fotoları paylaşın. Hətta xüsusi həştəqləri də əlavə etmək olar.
  • Pulsuz alət. İzləyicilərinizə faydalı ola biləcək pulsuz alətləri tövsiyyə edin. Məsələn, Rəqəmsal-marketoloqlar üçün 10 sehri alət.
  • Kitab. Auditoriyanıza maraqlı kitabı tövsiyyə edin. Kitab pulsuz olsa daha yaxşıdır.
  • Ofisdə bir gün. Əməkdaşınızın (bu hətta direktorunuz da ola bilər) bir iş gününü təsvir edin. Bunu mətn, foto və ya video formatında etmək olar.
  • Sevdiyiniz məhsullar. Ən çox satılan, bəyənilən məhsul və ya xidmətiniz barədə məlumat verin.
  • Lifehack. İzləyicilərinizlə maraqlı və qısa lifehack-larla bölüşün.
  • Ən çox oxunan bloq postu. Ən çox oxunan və ya paylaşılan bloq postlarınıza link qoyun.
  • Rekomendasiya. Öz partnyorlarınıza rekomendasiya verin. Birgə əməkdaşlıq barədə keysi də paylaşa bilərsiniz.
  • Uğurunuz barədə post. Biznes və ya həyatınızda necə uğur qazandığınız barədə danışın.
  • Müştəri məsləhəti. İzləyicilərinizi Sizə müəyyən məsələlərdə məsləhət vermələrini xahiş edin.
  • Nostalgiya. Köhnə loqo, sayt və ya məhsulunuzun şəklini paylaşın
  • Real insan. Sizi real insan olduğunuzu sübut edən şəkil və ya videonuzu paylaşın: bu səhər yeməyi və ya dünənki tədbirdən şəkillər ola bilər.
  • Aktual mövzu. Ən çox danışılan xəbər barədə postu yerləşdirin. Dini və siyası mövzulara toxunmayın.
  • Ekspert. İzləyicilərinizə müxtəlif sahələrin ekspertlərinin səhifələrinə abunə olmağı tövsiyyə edin.
  • Digər profilləriniz. Facebook-da digər sosial şəbəkə profillərinizə abunə olmağı dəvət edin: Twitter, Instagram, Pinterest, Vkontakte və s.
  • Gülməli post. İzləyicilərinizin əhval ruhiyyəsini memlərlə qaldırın.
  • Video. Facebook video kontentə böyük üstünlük verir.
  • LinkedIn. Öz, partnyor və ya digər ekspertlərinin LinkedIn profillərini izləməyi tövsiyyə edin.
  • Foto müsabiqə. İzləyicilərinizi foto müsabiqələrində iştirak etməyə dəvət edin. Qalibləri mükafatlandırın.
  • Twitter. Twitter-də aktual mövzular haqqında öz rəyinizi bildirin.
  • Mübahisələr. Həmkar və ya sahə qurularıyla mübahisə edin. İzləyicilərinizin bunu gördüklərinə əmin olun.
  • Ad verin. Maraqlı şəkli yerləşdirib izləyicilərinizdən ona ad verməyini xahiş edin.
  • Youtube. Youtube-də auditoriyanıza maraqlı ola biləcək video səhifənizdə paylaşın
  • Taq. Digər şirkətlərinin səhifələrini taq edin.
  • Sektor xəbərləri. Sektorunuza aid maraqlı xəbərləri paylaşın.
  • Bayramlar. İzləyiciləri yerli və xarici bayramları ilə təbrik edin. Bütün ölkələrinin bayramları ilə buradan tanış olmaq olar.
  • Proqnoz. Müxtəlif maraqlı proqnozları verin. Məsələn: Biz fikirləşirik ki, AVRO-2016-da İtaliya çempion olacaq. Bəs Siz necə düşünürsünüz?
  • E-kitab. Müştərilərinizə pulsuz elektron kitabı təklif edin. Məsələn, “Müştəri konveyeri” kitabını.
  • Müştəridən sual. İzləyicilərinizi sizə müxtəlif sualları verməyə imkan yaradın.
  • Mübahisəli fikir. Mübahisəli fikrə öz mövqenizi bildirin. Lakin, çalışın ki, izləyicilərinizi bu çox qıcıqlandırmasın.
  • Əməkdaşlarınızın şəkillərini paylaşıın. Müştərilər real insanlarla ünsiyyət qurduqlarını bilməlidirlər, “satış üzrə menecer №2” ilə yox.
  • Məhsulunun qaytarılması haqqında post. Məhsullarınızın real qaytarılma keysləri paylaşın. Müştərilə barədə düşündüyünüzü göstərin.
  • “Doğru yoxsa yalan” postu. İzləyicilərinizə həqiqəti tapmağa imkan verin.
  • Ayın fanatı. Ayın ən aktiv izləyicini seçin. Mükafatlandırın.
  • Araşdırmalar. Sahənizə aid maraqlı araşdırmaların reportları ilə bölüşün.
  • Endirim. İzləyicilərə özəl müvəqqəti endirimləri təklif edin.
  • Az tanınan bayramlar. Müştəriləri az tanınan və ya ixtisas bayramları ilə təbrik edin. Məsələn, 25 iyul Sistem Administratoru Günüdür. Maraqlı bayramları ilə buradan tanış olun.
  • Mükafatlar. Özünüzün və ya şirkətizin aldığı premiya və mükafatlar barədə postları yerləşdirin.
  • Digərlərin endirimlərini promote edin. Amma bu əlbəttə ki, rəqibləriniz olmamalıdır.
  • Son şirkət xəbərləri. Yeni işçiləri qəbul etmisiniz? Yeni məhsulun istehsalına başlayırsınız? Mütləq bu barədə izləyicilərinizə xəbər verin.
  • Son tədbirdən şəkilləri paylaşın. Yadınızda saxlayın ki, darıxdırıcı şəkillər heç kimə maraqlı deyil.
  • Pulsuz yükləmələri promote edin. Bu plaqin, white paper və ya e-kitab ola bilər. Yəni izləyicilərinizə faydalı ola biləcək hər şey.
  • Təşəkkür postu. Sadəcə izləyiciləriniz sizinlə birgə olduqlarına görə onlara təşəkkür edin.
  • Öz ekspert rəyinizi bildirin. Müxtəlif xəbərlərdə öz rəyinizi bildirin. Məsələn, dollar iki aydan sonra 0.01 AZN olacaq.
  • Post seriyası. Müəyyən bir mövzu ilə bağlı qısa zaman ərzində bir neçə postu dərc edin.
  • Hesabat. Fəaliyyətiniz barədə həftəlik (aylıq, illik) hesabatları izləyicilərinizə göstərin.
  • Əməkdaşlarınızın maraqlı əhvalatı. Əməkdaşlarınızı işdə baş verən maraqlı və ya gülməli əhvalatı barədə məlumat verməyinizi xahiş edin. Və bu barədə postu yerləşdirin.
  • Ekspertin sitatı. Sektor ekspertinin onu verilmiş sualına cavabını və ya sitatı yerləşdirin.
  • Random hədiyyələr. Məsələn, postunuza ilk 5 şərh yazan izləyicinizə hədiyyə verin.
  • İntriqa. Maraqlı müsahibə və ya məqalənin əvvəlini göstərin. Ardını isə bir neçə müddətdən sonra dərc edin.
  • Foto kollajı dərc edin. PicMonkey saytı sizə kömək edəcək.
  • FAQ. Sizə ən çox verilən suallara post şəklində cavab verin.
  • Əyləncə. Sosial Media iştirakçıları əyləncəli kontenti sevir. Əyləncəli rolikləri və ya reklamınızı paylaşın.
  • Gif. Son vaxtlar gif formatı Facebook-da çox aktualdır.
  • Rəqiblərinizə söz atın. Rəqiblərinizdən nədə üstün olduğunuzu qeyd edin.
  • Daha yaxşı. Rəqiblərinizin paylaşdığı postu təkmilləşdirib öz səhifənizdə paylaşın.
  • Real Time Marketing. Daimi aktual mövzular haqqında xəbərdar olun. Maksimum tez bir zamanda öz Sosial Media səhifələrinizdə bu mövzuda paylaşım edin.
  • Facebook qrupları. Postlarınızı Sizin sahənizə aidiyyatı olan digər qruplarda postlarınızı paylaşın.
  • Əməkdaşlıq. Digər səhiflərlə birgə müsabiqələri keçirdin.
  • Vətəndaş mövqeyi. Ölkədə baş verən mühum hadisələrlə bağlı öz vətəndaş mövqeyinizi bildirin.
  • Öz məhsul və xidmətlərinizi reklam edin. Bəli, reklam sonuncu yerdədir.. Çünki, ilk növbədə siz müştərilərinizlə  yaxşı əlaqə qurmalısınız, düzgün kommunikasiya qurmalısınız.


Sosial Media üçün yüzlərlə digər ideyalar ola bilər. Bildiyiniz digəe maraqlı ideyaları şərhlərdə paylaşın.

Mənbə: http://samirkarimov.com