Sony ağıllı telefonların ən böyük problemlərdindən biri olan batareya həcmi məsələsini yeni yaratdığı batareya texnologiyası ilə həll edə bilər. Ağıllı telefonların markası, modeli, istehsal tarixi və istehsal məqsədi nə olur olsun, həmişə enerji problemi yaşanır. Bu problemə bir həll tapmaq istəyən Sony ağıllı telefonların batareya həcmlərini 40% artıra biləcək bir texnologiya yaratdığını açıqlayıb. Hal hazırda mövcud olan "fast charging" texnologiyasından belə daha təsirli olacaq bu yeni texnologiya telefonların çoxunda olan litium batareyalardan ibarət deyil.
Litiumdan imtina edən və onun yerinə yeni birləşmə olan, bir növ kükürd qarışıq batareyalardan istifadə edən Sony hələki təcrübələr apardığını, amma normal litium batareyalardan 40% çox həcm yaratdığını söyləyib. Sony'nin ağıllı telefon sektorunda tanıtdığı bu yeni batareya texnologiyası sayəsində normalda sadəcə 12 saat internet əlaqəsi təqdim edən iPhone 6S, tam 18 saat internet istifadəsi təqdim edə biləcək.
Sony'nin bu yeni texnologiyasında dəyişən tək şey batareyanın kükürddən istehsalı deyil. Sony bu texnologiya sayəsində batareyaların enerji qoruma üsullarında da dəyişikliklər etdiyini açıqlayıb. Bu dəyişikliklər sayəsində kükürd yerinə litium batareya istifadə etsəniz belə, Sony'nin texnologiyası ilə istehsal olunmuş litium batareya normal litium batareyaya nisbətən 30% daha çox şarj həcminə malik olacaq. Sony'nin açıqlamalarında qeyd olunur ki, texnologiya hələ yenidir, üzərində işləyirlər və təxminən 2020-ci ildə ağıllı telefonlara tətbiq olunacaq.
Mənbə: http://technote.az/