Smartfonlar sahiblərinin ildə 49 gününü ''oğurlayır''

Smartfon və planşet sahibləri hər il orta hesabla ömrünün 49 sutkasını onlara sərf edir.“news.com.au” saytının verdiyi məlumata görə, belə bir nəticələr TNS şirkətinin apardığı araşdırmadan sonra məlum olub.Məlum olub ki, 13-30 yaşında olan gənc insanlar öz avadanlıqlarının ekranlarına hər gün orta hesabla 150 dəfə baxır. Ümumiyyətlə, onlar gündəlik olaraq bu avadanlıqlara 3,2 saat vaxt sərf edirlər.

İstifadəçilər telefona yüklənmiş 60-70 əlavənin cəmi 10-dan istifadə edirlər. Smartfonlara sərf edilmiş vaxt əsasən sosial şəbəkələrdə keçirməklə və onlayn video çarxlara baxılması ilə keçir.Təəccüblü deyil ki, gənc nəsil nümayəndələri öz smartfonlarından daha fəal istifadə edir, nəinki 46-65 yaşlı insanlar. Belə ki, 46-65 yaşlı insanlar ömürlərinin gündəlik olaraq 1,5 saatını “ekrana baxmaqla” keçirirlər.

“Biz əsl həyatda yaşamaq qabiliyyətimizi, darıxmaq və özü-özümüzlə tənha qalmaq anlarımızı itirmişi”, - deyə TNS şirkətinin icraçı direktoru Alister Litvud bildirib. O qeyd edib ki, onun əvəzində biz boş vaxtlarımızda videolara baxmaqla və ya maraqlı əhvalatları oxumaqla özümüzü əyləndiririk.

Mənbə: http://ikt.lent.az/