Smartfonlar adi mobil telefondan pis işləyir

Smartfonlar adi mobil telefondan pis işləyir
810

Britaniyalı mütəxəssislər müəyyən edib ki, ucuz mobil telefonlar müasir flaqman cihazlarından daha yaxşı işləyir.“vistanews.ru” saytının xəbərinə görə, bu, əsasən şəbəkə axtarışı, həmçinin daxil olan və çıxan zənglərə aiddir.Mütəxəssislər hesab edir ki, köhnə mobil telefonlar müasir smartfonlardan bir neçə dəfə yaxşı işləyir. Onların fikrincə, yeni cihazların çoxsaylı müxtəlif funksiyalarının olmasına baxmayaraq, hələ də şəbəkə axtarışı ilə bağlı problemləri olur.

Belə bir nasazlığın yaranmasına səbəb hər bir müasir smartfonun unikal stilistika ardınca qaçmasıdır. Məlum olub ki, müasir metal və şüşə zənglərin keyfiyyətlə həyata keçirilməsinə mane ola bilər. Bunun üçün də müasir cihazın normal işləməsi üçün adi mobil telefondan fərqli olaraq, 7 dəfə güclü siqnal lazımdır.

Mütəxəssislər həmçinin qeyd edib ki, heç bir müasir smartfon rabitənin səviyyəsinə görə beynəlxalq standartlara uyğun gəlmir. Belə ki, hətta ən zəif cihaz üçün 3G şəbəkəsində adi siqnaldan 9 dəfə güclü siqnal lazım gəlir. Mütəxəssislər sınaqdan keçirilən cihazların konkret model və brendlərinin adlarını çəkməyiblər.

Mənbə: http://ikt.lent.az/