Sıfırdan milyonlara

Sıfırdan milyonlara
707

İstisnaları götürməsək və ümumi ələ alsaq hər kəs həyata eyni başlayır. Heç nə ilə və demək olarkı hər kəs eyni vəziyyətdədir. Ama buna baxmayaraq bu adamlar arasından çox az bir şeylə başlamaqlarına baxmayaraq böyük uğur qazananlar var. Bu insanlar borc içərisində olaraq milyardlar qazanmışlar. Bu o deməkdirki, uğur qazanmağın sərmayə ilə əlaqəli oluğu qədərdə həmdə əlaqəsizliyi var.

Bəs necə olurki bu insanlar əllərində heçnə olmadan bu qədər yüksəklərə qalxa bilirlər ama yerdə qalanlar isə maddi vəziyyətlərini biraz daha yaxşı olsun deyə bütün günü çabalayırlar. Bu böyük uğur qazanmış insanlar arasında böyük bir araşdırılma aparılmış və 85 %-i təxminən eyni cavabı vermişlər: Mənim təhsilim və ağlım digərlərindən üstün deyil. Üstün olan tərəf sadecə düşüncə tərzimdi. Hər zaman daha çox zəhmət çəkməyə hazır olmuşam.

Zəhmət mütləqləqdir. Uğur qazanmaq asan işlərdən qaçmağı tələb edir. Əsas məsələ bu iki seçim arasında qaldığınız zaman asan yolu seçmək və hər zaman uğursuzluğun səbəbini başqa nədəsə axtarmaq yoxsa çox zəhmət çəkmək, daha yaxşı yol qət etmək, daha yaxşı təcrübə, daha böyük sərmayələrlə işləmək başlıqlarından ikincisini seçməlisiniz. Səbəb-nəticə qanuna, uyğunluğuna nəzər salsaq görəcəyik ki, hər bir nəticənin bir və yaxud bir neçə səbəbi vardır. Bu qanuna əsasən insanlar bu gün hansı maddi durumdadırlarsa, bu onların keçmişdə etdikləri bəzi seçimlərin nəticəsidir. Ama buna əmin olun ki, heç bir zaman gec deyil, əgər bu gün işləriniz qaydasında getmirsə deməli siz həyatınızda sizi uğura aparacaq vərdişlər əldə etməlisiniz.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/