Sıfırdan biznesə başlamaq üçün

Bloqumuzun oxucuları, bizə e-mail vasitəsi ilə çoxlu suallar verirlər. İlk əvvəl deməliyəm ki, Sizin suallarınızın hər birini diqqətlə oxuyuram, cavabını bildiyim və ya düzgün hesab etdiyim suallara bir-başa cavab versəmdə, bəzi sualların cavabını bilmirəm və təbii olaraq cavab vermirəm. Çox verilən suallar üçün isə, ayrıca bloq yazıram. Bu bloq postda mən – “0”dan biznes qurmaq üçün nə etmək lazımdır və ya sıfırdan biznesi necə qururlar suallına cavab verəcəm.

İlk əvvəl Sizə əminliklə deyə bilərəm ki, mən ilk biznesimi açdığım zaman, cəmi-cümlətini 500 dollarım olub. Daha doğrusu valideynlərimdən 500 manat almışam. O zaman, mən bir şirkətdə çalışırdım, əmək haqqım ayda təxminən 1200-1500 manat edi… AMMA buna baxmayaraq artıq pulumuz yox edi və valideynlərimi zəng edib bir aylıq 500 manat borc aldım, növbəti ay əmək haqqını alan kimi borcumu qaytardım.

Mənim qurduğum bizneslərdə kapital ağırlığı çox yüksək olub, özünüz düşünün, mebel mağazasını 500 manatla açmaq yumşaq desək çətindir… amma Sizi əmin edirəm ki, mən ilk biznesimi 500 manatla etmişəm. İndi Sizə istər öz praktikamda, istərsədə biznesmen olan yaxın dostlarımızı real təcrübəsində olmuş metodlar əsasında hazırlanmış üsulları deyəcəm. Bilirsiz, mən yalnız real praktikadan yazıram. Beləliklə… sıfırdan biznes qurmaq üçün nə lazımdır?

Başlayaq konseptual məsələlərdən…

  • Yalnız bildiyiniz və təcrübəniz olduğunuz sahədən başlayın. Kapitalsız ilk biznes mütləq qaydada Sizin ən mükəmməl bildiyiniz sahədə olmalıdır. Əgər belə bir sahə və Sizin investitsiyanız yoxdursa, Siz biznes qura bilməyəcəksiniz. Belə sahənin olmasının ən sadə yolu: ya Sizin hansısa bir şirkətdə işə düzəlməyiniz, ya da valideynlərin mövcud biznesinə kömək etməyinizdir;
  • Maddi kapital tutumu az, əmək tutumu çox olan bizneslər barədə düşünün. Belə bizneslər istənilən sahədə var. Məsələn, əgər Siz məişət texnikası satışı ilə məşğul olmaq istəyirsinizsə və bu sahədə biliyiniz varsa, bu Dubai-dən məişət texnikası gətirməkdən və ya (heç pulunuz yoxdursa) Sədərəkdə olan qiymətləri bilib, dost tanışa keyfiyyətli konsultatsiya verməklə pul qazana bilərsiniz. Bunun üçün maddi imkan lazım deyil, amma çoxlu “qaçmaq” lazımdır;
  • Qətiyyən biznes-plan yazmayın, sadəcə edin, sadəcə icra edin. Biznesə yeni başladığınız zaman heç bir biznes-plan və ya ciddi düşüncə Sizə kömək edə bilməz. Əksini Sizi fokusdan yayındıracaq, bazardan kənarlaşacaqsınız. Düşündüz – edin, alınmadı – alındırın necə dəyərlər sonunu düşünən gəhraman olmaz!)

Keçək icra tərəflərinə…

  • Çalışdığınız işdən çıxmayın. İdeal olar ki, yeni qurduğunuz biznes zamanı, Sizin çalışdığınız şirkətdə ki, fəaliyyətlə üst-üstə düşsün. Bu daha az investitsiya tələb edilməklə yanaşı, həmdə əmək haqqı hesabını Sizi risklərdən qoruyar;
  • “Vizit-kart” dizaynına çox fikir verməyin. Yeni açılan biznesinizdə loqo, dizayn və s. kimi “xırda” elementlərə fikir verməyin. Əmin olun, işinizin başlanğıc etaplarında bu heç kim üçün vacib deyil;
  • Şirkət açmayın, biznes açın… Əlbəttə, VÖEN, kassa kimi elementlər vacibdir, amma bu sadəcə cinayətkar olmayaq üçün edin. İlk yaranan biznes üçün hüquqi şirkət yaratmaq, işçi, mühasib götürməyə ehtiyyac yoxdur;
  • Mükəmməl ofis, mükəmməl icarə yeri və ya nəyinsə mükəmməliyinə çalışmayın. Sadəcə və sadəcə müştərilərin ödəməsi üçün imkanlar yaradın, və içəriyə müştəri salmağa çalışın. İlk biznesdə mükəmməllik axtarmayın;
  • Qazanmadığınız pulu xərcləməyin. Deyə bilərsiz olmayan şeyi necə xərcləmək olar?! Cavab kreditdir. İlk biznes üçün kredit almayın, minimum xərc, maksimum əmək.

Əziz oxucu, düşünürəm ki, əminəm ki, “0” investitsiya ilə biznes qurmaq mümkündür, sadəcə bunu istəmək və etmək lazımdır. Sizdə edin, söz verirəm alınacaq, alınmasa… alınmasa, biləcəksiniz alınmadı, onsuzda elə bir investitsiya qoymursunuz ki, əvəzində mükəmməl həyat dərsi olacaq, mənim taxıl əhvalatım kimi.

Sonda bir suallada cavab verim, soruşursuz… “Böhranda biznes açmağa dəyərmi?!” Cavabım – əlbəttə, dəyər. Böhran kimin üçün bəhanə, kimin üçün isə imkandır.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com