Fərdi inkişafımızı təmin edəcək və şüurumuzun inkişafına kömək edəcək maraqlı bir metodu sizinlə paylaşmaq istəyirəm. Qeyd edim ki, bu vasitənin nəticə verməsi üçün ondan mütəmadi olaraq istifadə etməyimiz zəruridir.
İlk növbədə bizə metodun obyekti olacaq hər hansı bir məsələni (mövzunu) seçmək lazımdır. Seçdiyimiz məsələ gündəlik və ya işguzar həyatınızda qarşılaşdığınız istənilən bir mövzu ola bilər. Bu məsələni özünüzün marağına görə müəyən edə bilərsiniz. Nümənə olaraq, sizə hər hansı bir bacarığı inkişaf etdirmək, kontaktlarınızın sayını artırmaq, hər hansı bir işdə uğur qazanmaq kimi yüzlərlə digər mövzu maraqlı ola bilər və onların hər hansı birini seçməkdə təmamilə sərbəstsiniz.
Düşünək ki, artıq bir problemli məsələ seçmişik. Bizdən tələb olunan, onun həlli ilə bağlı 20 alternativ addımı müəyyənləşdirməkdir. Nümunə üçün, siz təqdimat bacarığınızın inkişaf etdirilməsini istəyirsiniz və bunun həll edilməsi üçün addımlar, həyata keçirə biləcəyiniz tədbirlər haqqında düşünürsüznüz. Həll addımları kimi daha çox insanla ünsiyyət, daha çox mütaliə etməyi və digər fəaliyyətləri nəzərdən keçirə bilərsiniz.
Hər məsələ ilə bağlı 20 addım haqqında düşünməyə və onları yazmağa başlayın. İlk 5-6 addımı yazmaq rahat olacaq çünki onlar daha çox üzdə olan tədbirlərdir. Daha sonradan addımları 20-yə çatdırmaq lazım gəldikdə müəyyən qədər çətinlik çəkdiyinizi görəcəksiniz və beyninizin daha çox alternativlər axtarmaq istiqamətində düşündüyünü müşahidə edəcəksiniz.
Həftə içi hər gün bu tapşırığı yerinə yetirmək üçün 1 mövzu və hər biri ilə bağlı 20 həll yolu haqqında düşünməkdə davam edin. Beləliklə, siz beyninizi həftəlik olaraq 20 məsələ ətrafında ən azı 400 həll yolu haqqında düşünməyə məcbur edəcəksiniz. Bu isə öz növbəsində onun problemlərin həlli istiqamətində yönəltməkdə sizə köməkçi olacaq. Bir müddətdən sonra avtomatik olaraq şüurunuzun hər bir məsələ ətrafında alternativlər haqqında düşündüyünün şahidi olacaqsınız.
Müəllif: Nurlan Şixəliyev
Mənbə: http://www.365skills.com