Şirkətlərin hiyləgərliyi, Pusqu Marketinq (Ambush Marketing)

Bu yazımda Pusqu Marketinqdən (Ambush Marketing) bəhs etmək istəyirəm. Pusqu marketinq "Parazit Marketinq" olaraqda tanınır. Pusqu Marketinq, bir idman,sosial yada bir siyasi hadisə ilə əlaqəsi olmadığı halda reklam,PR və digər marketinq fəaliyyətlərindən istifadə edərək öz məhsullarını önə çıxartmaq üsuludur. Gəlin ən məhsur olan bir neçə nümunə hadisəyə baxaq.

Fuji 1984-cü il Olimpiyadayasına rəsmi sponsurluq edərkən, Kodak Amerika milli yığmasının oyunlarının TV-də yayınlanması üçün sponsorluqu ələ aldı. Beləliklə Amerikada olimpiyadanın rəsmi sponsuru Kodak olaraq bilindi. Resmi sponsuru Kodak olan Seul 1988 Olimpiyadasında Fuji, Tv yayınlarını ələ keçirərək bunun əvəzini çıxa bildi.

Sidney 2000 Olimpiyadasında Qantas Hava Yollarının istifadə etdiyi " The Spirit of Australia" şüarı oyunların "Share the Spirit" şüarı ilə üst üstə düşmüşdür. Bunun tam bir təsadüf olduğunu bildirən Qantas özünü müdafiə etmişdir.

Pringles, Wimbledon Tenis turnirinə sponsur olmasada, tenis topu qutularına bənzəyən qutularda çipsi istehsal edərək onların üzərində "bunlar tenis topu deyil" yazısı ilə 24 min ədəd Pringles-i turnir keçirilən meydanlara yaxın yerlərdə əhaliyə paylamışdır. Əlavə olaraq izləyiciləri cəlb etmək üçün Roger Federer və Björn Borg kimi tenis əfsanələrinin oxşarlarından və böyük pringles qutularından istifadə etmişdir.

Pusqu Marketinqin 3 növü var:

  • Birbaşa Pusqu - Hadisə ilə heç bir əlaqəsi yoxdur. Ancaq özünü hər hansısa bir yolla bu hadisədə ki əsas məsələlərlə əlaqəndirərək özünü hadisə içində göstərmək.
  • Dolaylı Pusqu - Terminologiyadan və dolaylı yollardan istifadə edərək həmin baş tutacaq hadisədən xeyir əldə etmək. Məsələn : Nike Pekin Olimpiyadası üçün hazırladığı xüsusi geyimlərlə özünü sponsurmuş kimi və hadisə ilə əlaqəsinin olduğu kimi göstərmişdir.
  • Təsadüfü Pusqu - Bir idmançı, komanda, siyasi xadim və s. tərəfindən seçim edilən markanın, o hadisə ilə əlaqəsinin olması kimi görsənməsini nümunə olaraq göstərə bilərik.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com